Azərbaycanda korrupsiyaya qarşı
genişmiqyaslı mübarizə
aparılır
Azərbaycanda səfərdə
olan Parlamentarilərin Korrupsiyaya qarşı Qlobal Təşkilatının
(GOPAC) sədri Con Uilyams mayın 21-də ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri Fikrət
Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizdə
korrupsiyaya qarşı genişmiqyaslı mübarizə
aparıldığını bildirən nazir Azərbaycanın
bu sahədə əsas konvensiyalara qoşulduğunu,
qanunvericiliyin təkmilləşdirildiyini vurğulamış,
həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Komissiyasının, Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsinin səmərəli
fəaliyyətini qeyd etmişdir.
F.Məmmədov dövlətimizin
siyasi iradəsi sayəsində həyata keçirilən məhkəmə-hüquq
islahatı nəticəsində əldə olunmuş nailiyyətlərdən
danışmış, hakimlərin dünyada ən şəffaf
və çoxmərhələli prosedurlarla seçimi, tədrisi
və müddətsiz təyinatı, yeni məhkəmələrin,
o cümlədən yeni regional apellyasiya və iqtisad məhkəmələrinin
yaradılması, beynəlxalq standartlara cavab verən məhkəmə
binalarının inşası üzrə görülən
işlər barədə ətraflı məlumat vermişdir.
Eyni zamanda, korrupsiyaya
qarşı mübarizədə beynəlxalq əməkdaşlığa
xüsusi önəm verilərək, Azərbaycanın
dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından
biri olduğu və qurumun bir neçə tədbirinin
Bakıda keçirildiyi qeyd edilmişdir.
Ölkəmizin qısa
müddət ərzində böyük nailiyyətlər əldə
etdiyini bildirən qonaq məhkəmə sahəsindəki
uğurları, xüsusilə hakimlərin mütərəqqi
qaydalarla seçimini yüksək qiymətləndirmiş,
müstəqillik əldə etmiş gənc respublika
olmasına baxmayaraq, Azərbaycanın bir çox ölkələr
üçün yaxşı nümunə olduğunu
vurğulamışdır. C.Uilyams Azərbaycanda korrupsiya ilə
mübarizə sahəsində aparılan məqsədyönlü
işləri təqdir edərək, bu sahədə təcrübənin
yayılması barədə niyyətini bildirmiş, səmərəli
fikir mübadiləsi şəraitində keçən
görüşdən məmnunluğunu ifadə etmişdir.
Qonaq nazirlikdə Ədliyyə
tarixi muzeyi ilə tanış olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 3.