İordaniyanın Kralı əlahəzrət II Abdullaya

 

Əlahəzrət!

Əziz qardaşım!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-İordaniya münasibətlərinin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Gündən-günə artan təmaslarımız, genişlənən əlaqələrimiz qarşılıqlı maraq doğuran əməkdaşlığımız münasibətlərimizin çoxşaxəli perspektivlərə malik olduğunu bir daha təsdiqləyir.

Əminəm ki, ölkələrimiz xalqlarımız arasında dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına sülh tərəqqi diləyirəm.

 

 

Hörmətlə,

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 may 2009-cu il

 

Azərbaycan.-2009.-24 may.-S.1.