Ədalət sarayı

 

 Ədalətli dövlətə qovuşmaq, sivil cəmiyyətdə yaşamaq uğrunda mücadilə bəşəriyyətin mövcudluq tarixində şanlı epoxa təşkil edir. Daxili azadlığını təmin edəcək dövlətdə yaşamaq istəyən bəşər övladı daim haqq-ədalət, həqiqət axtarışında olmuş, məhz belə bir mühitdə saf ali ideallarına qovuşa biləcəyini düşünmüşdür. İnsanlığın ədalətli cəmiyyətlə bağlı arzu, istək gözləntiləri isə antik dövrlərdən bizim günlərədək aktuallığını saxlayır. Vaxtilə antik yunan mütəfəkkiri Sokrat hakimi ədalət mücəssəməsi kimi səciyyələndirərək yazırdı ki, bunun üçün onun 4 şərtə əməl etməsi vacibdir: hakim nəzakətlə dinləməli, müdrik cavab verməli, ağılla düşünməli, qərəzsiz qərar qəbul etməlidir.

Tarixən bu həqiqət tam təsdiqini tapıb ki, ədalətli cəmiyyət yalnız haqqa, insanpərvərliyə tapınan böyük siyasi liderlərin, fenomen şəxsiyyətlərin fəaliyyəti nəticəsində gerçəkləşir. "Hər bir dövlət öz liderinə bənzəyir" deyimi , görünür, elə bu həqiqətdən qaynaqlanır. Bu prizmadan yanaşdıqda, əminliklə deyə bilərik ki, Azərbaycanda hüquqa ədalətə əsaslanan demokratik ruhlu islahatların əsası məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra qoyulub. Zəngin mənəviyyata, dünyagörüşünə, konkret həyat amalına malik kamil şəxsiyyət olaraq Heydər Əliyev dövrünün problemlərinə əsl vətəndaş təəssübkeşliyi ilə yanaşıb, xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən savab əməllərin müəllifinə çevrilib. Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri məhz onun siyasi fəaliyyətinin bütün dövrlərində humanizm, ədalət insanpərvərlik prinsiplərinə tapınması, ali milli bəşəri ideallara bağlı olmasıdır. Heydər Əliyev hər bir fərdin maraq mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin fundamental vəzifəsi saymaqla, xalqa təmənnasız xidməti özünün həyat kredosuna çevirmiş, dahi liderin ölməz ideyaları milli inkişafın rəhninə çevrilmişdir.

"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda günahsız cəzalandırılanda" deyən ümummilli liderin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatları bu gün onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məhkəmələr daim ədalətli olmalı, qanuna əsaslanmalı, insan hüquq azadlıqlarının keşiyində layiqincə dayanmalıdırlar. Bu, ilk növbədə cənab İlham Əliyevin qayğıkeş rəhbər olmasından, insan hüquq azadlıqlarına həssaslıqla yanaşmasından, yüksək daxili humanizmindən irəli gəlir. Son illər məhkəmələrin ədalətə, hüquqa, qanunun aliliyinə tapınan müstəqil hakimiyyət qolu kimi formalaşması istiqamətində atılan addımlar isə təkcə qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri ilə məhdudlaşmır. Cənab İlham Əliyev bu məqsədlə məhkəmələrə normal şəraitinin yaradılmasını da son dərəcə vacib hesab edir. Məhkəmələrin maddi-texniki bazasının gücləndirilməsi, onların yeni bina inventar ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər məhz bu ali məqsədin gerçəkləşdirilməsinə xidmət edir.

Dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2006- ilin avqustunda əsası qoyulmuş Ali Məhkəmənin yeni binasının bu günlərdə açılış mərasiminin keçirilməsi məhkəmələrin müasirləşdirilməsi istiqamətində mühüm addımlardan biri kimi yaqqa qalmışdır. Mən dəfələrlə bir sıra Avropa ölkələrində işgüzar səfərdə olmuşam, heç bir dövlətdə bu cür yüksək interyer eksteryerə, yüksək şəraitinə malik məhkəmə binasını görməmişəm. Ali Məhkəmənin yeni binası möhtəşəm görünüşü ilə paytaxtın yaraşıqlı, müasir tikililəri sırasında xüsusi yer tutur. Belə bir binanın inşası həm əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Ali Məhkəmənin ölkənin məhkəmə-hüquq sistemindəki yerinə verilən yüksək qiymətin təcəssümüdür.

Paytaxtın Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin yeni binası üçün klassik-eklektika üslubu seçilib, bu zaman milli daş memarlığının elementləri, eləcə dövlət atributları nəzərə alınıb. Bina memarlıq baxımından mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib Azərbaycan Memarlar İttifaqının "Müstəqillik dövrünün ən yaxşı layihəsi" nominasiyası üzrə ikinci mükafata layiq görülüb. Binanın ətrafında abadlıq yaşıllıq işləri aparılıb. Birinci mərtəbədə 9 böyük kiçik məhkəmə zalı var. Məhkəmə zallarının sahəsi 70 kvadratmetrdən 160 kvadratmetrə qədərdir. Bu zalların daxili divarları tavanı taxta üzlüklərlə işlənib.

Almaniyanın "Bosch" firmasının avadanlığı quraşdırılmış zallarda ən müasir avtomatlaşdırılmış şəbəkə yaradılıb. Bu texnologiyaların tətbiqi, audio video cihazları ilə təchizatı mühakimə olunanların iclas zalına gətirilmədən, izolyatordan birbaşa dindirilməsinə imkan verir. İstənilən məhkəmə prosesi onlayn rejimində KİV nümayəndələrinə aidiyyəti qurumlara təqdim edilə bilər. Binanın birinci mərtəbəsində təhlükəsizlik şöbəsi yerləşir. Azərbaycanda ilk dəfə olaraq müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq sənəd dövriyyəsini təmin edən "İstinad" informasiya sistemi quraşdırılıb. Proqram kompleksi 4 əsas funksional komponentdən ibarətdir: sənəd dövriyyəsinin avtomatlaşdırılması, işlərə müraciətlərə baxılma müddətlərinə, üzrə tərəflərə digər aidiyyəti şəxslərə məhkəmə aktlarının digər sənədlərin vaxtında göndərilməsinə nəzarət edilməsi sistemi, məhkəmə statistikası.

Binanın girişində quraşdırılmış informasiya köşkləri vasitəsilə - məhkumun adını soyadını qeyd etməklə tabloda həmin işlə bağlı bütün məlumatları əldə etmək olar. Ali Məhkəmədə quraşdırılmış informasiya təminatı şəbəkəsi digər məhkəmələrin sistemləri ilə əlaqə yaratmağa imkan verir. İclas zalları audio-video avadanlıqla, binaya giriş elektron kart sistemi, daimi videomüşahidə avtomat siqnal sistemi ilə təchiz olunmuşdur. Bir sözlə, Ali Məhkəmənin yeni binası hakimlərə səmərəli işləmək üçün ideal şərait yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında binanın ən müasir standartlara cavab verdiyini, ən müasir texnologiyaların tətbiq edildiyini razılıqla vurğuladı. Dövlət başçısı, bununla yanaşı, hakimlərin fəaliyyəti ilə bağlı tövsiyələrini, arzu niyyətlərini ifadə etdi: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük şərəfli missiya düşür".

Azərbaycan Prezidenti İlham Əliyevin Ali Məhkəmənin yeni binasının açılış mərasimindəki dərin məzmunlu nitqi həm Azərbaycan dövlətinin məhkəmə hakimiyyətinin cəmiyyətdəki roluna necə yüksək dəyər verdiyinin əyani təsdiqidir. Dövlət başçısı tədbirdə haqlı olaraq vurğuladı ki, hər hansı ölkənin gücü qüdrəti təkcə iqtisadi artımla deyil, həm insanların ölkədə azad şəkildə yaşaması, demokratiyanın inkişafı, məhkəmələrin azad olması ilə şərtlənir. Ölkədə həyata keçirilən siyasət isə iqtisadi inkişafa paralel olaraq siyasi hüquqi islahatları dərinləşdirməkdən, qanunun aliliyini bütün səviyyələrdə təmin etməkdən ibarətdir.

 

 

Hikmət Mirzəyev,

respublika Ali Məhkəməsinin

iqtisadi mübahisələrə dair

Məhkəmə Kollegiyasının sədri

 

Azərbaycan.-2009.-24 may.-S.3.