İKT sahəsində beynəlxalq
əlaqələr genişlənir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsveçrənin
Cenevrə şəhərində
keçirilən İnformasiya
cəmiyyəti üzrə
ümumdünya sammitinin
2009-cu il üzrə forumunun (WSIS Forum 2009) açılış mərasimində
iştirak edib.
"Minilliyin inkişaf hədəfləri üçün
İKT" mövzusuna həsr
olunmuş mərasimdə
çıxış edən
nazir Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən informasiya-kommunikasiya
texnologiyaları sahəsinin
prioritet elan edilməsindən sonra hökumətin informasiya və kommunikasiya texnologiyalarına xüsusi
önəm verdiyini və Azərbaycanın regionda bu sahə üzrə aparıcı ölkələrdən birinə
çevrildiyini xüsusi
vurğulamışdır. Nazir Transmilli Avrasiya Super İnformasiya Magistralı
(TASİM) layihəsi barədə
də konfrans iştirakçılarına geniş
məlumat vermişdir.
Səfər çərçivəsində
nazir Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) Baş katibi,
BTİ-nin Radiorabitə
bürosunun direktoru, YUNESKO-nun Baş direktorunun rabitə və informasiya üzrə müavini, Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş direktoru, BMT-nin ticarət və inkişaf konfransının (UNCTAD) Baş
katibi ilə görüşmüşdür. Keçirilən görüşlərdə elm, təhsil və İKT vasitəsilə
mədəniyyətlərarası dialoqun qurulmasında ölkə rəhbərliyinin
bu sahəyə göstərdiyi diqqətin
əhəmiyyətindən, transmilli Avrasiya super informasiya magistralı layihəsinin ölkəmiz, həmçinin
region üçün
önəmindən, bu
layihənin regionda ticarətin inkişafı üçün
əhəmiyyətli infrastrukturun
yaradılmasında əvəzsiz
rolundan, Azərbaycan Milli Peykinin orbitə buraxılması
üçün geostasionar
resursların ayrılmasından
və Azərbaycanın
poçt sahəsində
nail olduğu uğurlardan bəhs edilmişdir. Eyni zamanda, Azərbaycanda
Heydər Əliyev Fondu və RİTN-in
birgə həyata keçirdiyi "Məhdud
imkanlı şəxslər
üçün tədris
mərkəzi" layihəsi
rəğbətlə qarşılanmış
və bu tədbirlərdə Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın rolu xüsusi vurğulanmışdır.
Azərbaycan.-2009.-24 may.-S.4.