Üç dənizin əfsanəsi həqiqətə çevrilib

 

2005-ci il mayın 25- Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi idi. Elə BTC-nin özü Heydər Əliyevin əsəridir təkcə XXI əsrin deyil, III minilliyin nəhəng mühəndis qurğusu olan bu kəmər haqlı olaraq ulu öndərin adını daşıyır.

BTC-nin çəkilişi yalnız Heydər Əliyev uzaqgörənliyinin, mübarizliyinin, nüfuzunun sayəsində mümkün oldu. Bunu bütün dünya gördü təsdiqlədi. Həmin gün, 4 il əvvəl mayın 25- Səngəçal terminalında BTC- ilk neft vurulanda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu barədə belə dedi: "Xatırlatmaq istəyirəm ki, bu layihənin müvəffəqiyyəti çox böyük, dahi bir şəxsiyyətin nailiyyətidir o, bizim qəlblərimizdə həmişə yaşayacaqdır. Onun haqqında bizim xatirələrimiz zəngindir həmişə onu yada salacağıq. Bu dahi şəxsiyyət unudulmaz Heydər Əliyevdir. Mən onun işini bütün bu illər ərzində müşahidə etmişəm. Biz çox yaxşı bilirik ki, o, kimi səylər, cəhd göstərmişdir ki, bu boru kəməri layihəsi həyata keçirilsin".

BTC düzgün düşünülmüş bir layihədir. Bu səbəbdən onun bir-birinin ardınca gələn uğurları da təbii qanunauyğundur. Belə ki, sözügedən hadisədən bir il sonra, 2006- il mayın 28- Azərbaycan nefti Ceyhana çatdı. İyunun 4- burada ilk tankerə yüklənərək dünya bazarlarına yola salındı. İyul ayında isə Türkiyədə keçirilən təntənəli mərasimlər BTC-nin tam bir sistem kimi işə düşməsini bütün dünyaya göstərdi.

Həmin vaxtdan BTC ahəngdar işləyir onun Heydər Əliyev adına Ceyhan terminalına çatdırdığı neft burada tankerlərə vurularaq yaxın-uzaq alıcılara çatdırılır. İxrac əməliyyatlarına başlanmasından sonra kəmərin məhsuldarlığı getdikcə artıb keçən ilin ortalarında gündə 1 milyon barelə çatıb. Bu ilin mart ayında isə xəttin ötürücülük gücünün 1,2 milyon barelədək artırılması layihəsi tamamlanıb.

İndiyədək BTC vasitəsilə nəql edilmiş təxminən 600 milyon barel (80 milyon tona yaxın) xam neft Ceyhanda 760 tankerə yüklənib. Keçən il BTC ilə ixrac edilmiş neft kondensatın ümumi həcmi təxminən 245,6 milyon barel (təxminən 32,9 milyon ton) olub. Bu ilin birinci rübündə isə kəmərlə 65 milyon barel (8,7 milyon ton) neft nəql olunub.

BTC əsasən "Azəri-Çıraq-Günəşli" yataqlarının neftini daşıyır. Buraya, həmçinin "Şahdəniz" yatağından hasil olunan kondensat da vurulur. Keçən ilin oktyabr ayından isə BTC-yə, həmçinin Qazaxıstanın "Tengiz" yatağından hasil edilən neft də qoşulur. Bu, BTC Ko və "Tengizşevroyl" şirkətləri arasında bağlanmış "Nəqletmə sazişinə" uyğun olaraq həyata keçirilir.

Xatırladaq ki, BTC Ko-nun səhmdarları bp (30,1 faiz), Az BTC (25 faiz), "Şevron" (8,9 faiz), "StatoilHydro" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "İtocu" (3,4 faiz), "İnpeks" (2,5 faiz), "KonokoFilips" (2,5 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Hələ dörd il əvvəl, BTC-yə ilk neftin axıdıldığı gün Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan Azərbaycan xalqına, bizim qonşu, dost ölkələrimizə çox böyük səmərə, fayda gətirəcəkdir. Bu kəmər, əlbəttə ki, ilk növbədə bizim iqtisadi problemlərimizin həlli üçün bizə kömək edəcəkdir. Sosial problemlərin həlli də öz əksini tapmalıdır".

BTC, həqiqətən də, təkcə Azərbaycana deyil, bütün regiona mənfəət gətirməkdədir. Bu layihədən əldə edilən gəlirlər ən təxirəsalınmaz problemlərin həllinə yönəldilir. BTC-nin gəlirləri ilə qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası üçün də vəsait bu layihənin gəlirlərindən ayrılıb.

Vaxtilə çoxlarına əfsanə kimi görünən, indi isə tam reallığa çevrilən, rentabellə işləyən Bakı-Tbilisi-Ceyhan bu günə və sabaha hesablanmış bir layihə olduğunu təsdiqləyib.

 

 

F.Sadıqlı

 

Azərbaycan.-2009.-24 may.-S.5.