D vitamini zehni və fiziki sağlamlıq üçün
zəruridir
Gənclik dövründə
orqanizmdə D vitamini zənginliyi yaratmaq qocalıqda zehni
qabiliyyətin qorunmasına xidmət edəcək qədər
faydalıdır. İngiltərə Mançester Universitetinin
alimləri 40-79 yaş arası 3 min nəfər arasında
keçirdikləri testdən sonra bu qənaətə gəliblər.
Eksperiment zamanı orqanizmində D vitamini çox olan digərlərinə
nisbətən daha yüksək neyropsixoloji nəticələr
göstəriblər.
Testi keçən şəxslərin,
xüsusilə qocaların zehni göstəriciləri orqanizmlərindəki
D vitamininin səviyyəsinə mütənasib olub.
Alimlər bu paradoksal
halın bioloji səbəblərini izah etməkdə, D
vitamininin intellektlə bağlılıq mexanizmini açmaqda
çətinlik çəkirlər. Onların ilkin
ehtimalına görə, bu vitamin hormonal aktivliyi yüksəldir
və ya beyin neyronlarını qoruyur.
D vitamini orqanizm tərəfindən
günəş şüalarının dəriyə təsiri
nəticəsində sintez olunur. Bu səbəbdən ona həm
də günəş və ya işıq vitamini də
deyilir. D vitamini süddə və balıqda da var.
Mütəxəssislər
D vitamininin bir sıra xəstəliklərlə mübarizədə
də xüsusi təsirə malik olduğunu
aydınlaşdırıblar. London Tibb və Stomatologiya
İnstitutunun, həmçinin "Trust Centre for Research in
Clinical Tropical Medicine" mərkəzinin alimləri iki il
qabaq D vitamininin vərəmə qarşı effektli qoruma
olduğunu müəyyənləşdiriblər. Həmin tibb
müəssisələri mütəxəssislərinin
söylədiyinə görə, bir dəfədə 2,5
milliqram D vitamini qəbulu orqanizmi ən azı 6 həftə vərəmdən
və ona oxşar xəstəlik törədicilərindən
qoruyur.
Kaliforniya Universitetinin
alimləri bu vitaminin qida ilə qəbulunun orqanizmi döş
və bağırsaq xərçəngindən hifz etdiyi qənaətindədirlər.
Avstriyadan olan bir qrup tədqiqatçı
isə D vitamini miqdarının ömür müddətinə
əsaslı təsir göstərdiyini üzə
çıxarıb.
Müşahidələr
nəticəsində bəlli olub ki, qidasına D vitamini əlavələri
qatılmış uşaqlarda sonradan birinci tip diabetə
tutulma riski xeyli aşağı düşür.
Azərbaycan.-2009.-24 may.-S.7.