Sumqayıtın Səməd
Vurğun adına Mərkəzi Kitabxanasında respublika Mədəniyyət
və Turizm Nazirliyinin nəşr etdirdiyi "Prezident İlham
Əliyev və mədəniyyət 2003-2008"
kitabının elektron variantının təqdimatı
keçirilmişdir.
Nəfis tərtib
olunmuş kitab iki hissədən ibarətdir. Birinci hissədə
dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti
barədə informasiya - mərasimlər, görüşlər,
qəbullar, çıxışlar, slaydlar, ikinci hissədə
isə ölkə Prezidentinin imzaladığı qanunlar, fərmanlar
və sərəncamlar, müvafiq fotomateriallar təqdim
olunmuşdur.
Mədəniyyət və
Turizm Nazirliyinin yerli qurumlarının rəhbərləri,
habelə şəhər ictimaiyyətinin nümayəndələri
tədbirdə çıxış edərək Azərbaycan
Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən
və Azərbaycanda mədəniyyətin uğurlu
inkişafı üçün əlverişli şəraitin
yaradılmasında dövlətimizin
başçısının rolundan danışmışlar.
Cəmiyyətin inkişafında kitabxanaların da
böyük əhəmiyyəti vardır.
Çıxış edənlər elektron fondun genişləndirilməsinin
aktuallığını diqqətə
çatdırmışlar.
Bildirilmişdir ki, Səməd
Vurğun adına Mərkəzi Kitabxananın əsaslı təmir
edilməsi və müasir avadanlıqla təchiz olunması
şəhərin 60 illik yubileyi münasibətilə
sumqayıtlılara gözəl hədiyyədir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 may.- S. 3.