Bakı-Batumi-Bakı
aviareysi açılmışdır
Mayın 21-də "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
Bakı-Batumi-Bakı marşrutu ilə ilk sərnişin
aviareysini yerinə yetirmişdir.
Yeni aviareysin ilk sərnişini
Azərbaycana ikigünlük rəsmi səfərini başa
çatdıran Gürcüstan Prezidenti Mixeil Saakaşvili
olmuşdur. Heydər Əliyev adına Beynəlxalq Hava
Limanında Gürcüstan dövlətinin
başçısına ilk bilet və sertifikat təqdim
olunmuşdur.
Uçuş zamanı
verdiyi müsahibədə Gürcüstan Prezidenti yeni reysin
necə yerinə yetirildiyinin şəxsən şahidi olmaq,
bu reysin vətəndaşlarımızın
qarşılıqlı uçuşları üçün
gözəl imkan yaradacağına əmin olmaq istədiyini
bildirərək dedi:
- İlk növbədə demək istəyirəm ki, bu, doğrudan da, yeni gözəl təyyarədir. Batumidə də, Tbilisidə də yeni hava limanlarımız var və orada olanlar bunu bilirlər. Biz Bakıda hava limanına yeni avtobanla gəldik və indi bir gözəl şəhərdən digər gözəl şəhərə uçuruq. Batumi Bakının kiçik əkizidir. Azərbaycanda neft bumu başlayanda, Bakı ilə paralel olaraq Batumi də inkişaf edirdi. Çünki dünyada ilk neft kəməri Bakı ilə Batumi arasında tikilmişdir. Bakıda da Nobelin evi var, Batumidə də. Bu şəhərlərin memarlığı eynidir. Köhnə Batumini gəzsəniz, Bakı ilə çox oxşarlıq görərsiniz. Mən dünən və bu gün Bakının necə sürətlə inkişaf etdiyini gördüm, bizdə də belə iş aparılır. Ona görə də Bakıdan Acarıstana gedən hər bir kəs özünü, sanki heç bir yerə getməmiş kimi hiss edəcəkdir. Çünki o, özünü doğrudan da, doğma insanlar arasında hiss edəcəkdir.
Mixeil Saakaşvili Azərbaycanın sürətlə inkişaf etməsinin, Bakının gözəlləşməsinin bir daha şahidi olduğunu vurğulayaraq, Batuminin də inkişafı və abadlaşması üçün aparılan işlərdən danışdı, bununla bağlı investisiya layihələrinin reallaşdırıldığını dedi. Bakı-Batumi aviareysinin açılması ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirən Mixeil Saakaşvili Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın uğurlarını qeyd etdi. Gürcüstan dövlətinin başçısı ölkəmizin regiondakı rolunun daha da artacağını vurğulayaraq, ölkəsinin Azərbaycandan elektrik enerjisinin idxalında maraqlı olduğunu bildirdi. Bakı ilə Tbilisi arasında iqtisadi əməkdaşlığın xüsusi önəm daşıdığını qeyd edən Mixeil Saakaşvili, bu işbirliyinin daha da genişləndirilməsi üçün yeni layihələrin zəruri olduğunu söylədi, bütün bunların son nəticədə dövlətlərimiz arasında əlaqələrin, xalqlarımız arasında dostluğun inkişafına xidmət edəcəyini vurğuladı.
Bakı vaxtı ilə saat 16.20-də havaya qalxan təyyarə iki saatdan sonra Batumi Beynəlxalq aeroportunda yerə endi. "Azərbaycan Hava Yolları" QSC-nin ilk aviareysini burada təntənə ilə qarşıladılar. Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və digər rəsmi şəxslər qarşılayanlar arasında idilər.
Milli geyimli qızlar bu aviareysin sərnişinlərini - Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, iqtisadi inkişaf naziri Laşa Jvaniyanı, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovu, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu, Milli Məclisin deputatı Qənirə Paşayevanı və digər rəsmi şəxsləri təyyarənin pilləkənləri önündə gül-çiçəklə qarşıladılar.
Gürcüstan Prezidenti qonaqlarla və heyət üzvləri ilə xatirə şəkli çəkdirdi.
Təntənəli qarşılanma mərasimini
açan Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze əlamətdar hadisə münasibətilə tədbirin
iştirakçılarını təbrik etdi. Dedi ki, Azərbaycan
ilə Gürcüstanı
qədim qonşuluq və dostluq əlaqələri birləşdirdiyi
kimi, liman
şəhərləri
Yeni aviareysin açılmasını çox əhəmiyyətli hadisə adlandıran "Azərbaycan hava yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bildirdi ki, Bakıdan Batumiyə uçuşlar həftədə 2 dəfə həyata keçiriləcəkdir. C.Əsgərov dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və tapşırığı ilə "Azal"ın aviaparkı yenilənmiş, məşhur "Boeing" şirkəti ilə bağlanan müqavilələr nəticəsində beynəlxalq reyslərin və təhlükəsiz uçuşların təmin olunması üçün mühüm addımlar atılmışdır. Bunun sayəsində "Azərbaycan Hava Yolları" QSC dünyanın aparıcı aviaşirkətləri ilə rəqabətdə irəli çıxmağa nail olmuşdur.
Bildirildi ki, Bakı-Batumi-Bakı marşrutu üzrə reyslər Fransa istehsalı olan "ATR-72-500" tipli yeni təyyarələrlə yerinə yetiriləcəkdir. Bununla da Batumi "Azal"ın uçuşlar təşkil etdiyi şəhərlər sırasına daxil oldu.
Sonra qonaqlar
Mərasim bulvardakı musiqili fəvvarənin önündə konsert proqramı ilə davam etdi. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin də qatıldığı konsertdə yerli rəqqaslarla yanaşı, Azərbaycanın "Cəngi" rəqs ansamblının oynaq rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Maraqlı konsert münasibətilə rəqqasları təbrik edən Gürcüstan dövlətinin başçısı və qonaqlar onlarla xatirə şəkli şəkdirdilər.
Prezident Mixeil Saakaşvili jurnalistlərə müsahibəsində bildirdi ki, Bakı-Batumi aviareysi ilə yanaşı, ölkələrimiz digər layihələrin də həyata keçirilməsində birgə səylər göstərəcəkdir. Son nəticədə isə bu layihələr vətəndaşlarımızın qarşılıqlı səyahətlər etməsinə, ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 may.- S. 6.