Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Gəncə şəhərinə gəlmişdir.

Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin həyatına inkişaf, tərəqqi müasirlik gətirmişdir. Bunun nəticəsidir ki, cari ilin əvvəlində ümumi məhsul istehsalı 61,3 milyon manat təşkil etmişdir. Məhsul istehsalının 27,3 faizi sənaye, 8,4 faizi tikinti, kənd təsərrüfatı rabitə, 20 faizi nəqliyyat, 44,3 faizi topdansatış pərakəndə ticarət sahəsini əhatə edir. Sənayedə bu ilin ilk rübündə16,7 milyon manatlıq məhsul istehsal olunmuşdur. Bütün maliyyə mənbələri hesabına şəhər iqtisadiyyatı sosial sahələrin inkişafına 4,7 milyon manatdan çox investisiya qoyulmuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə şəhərin işıqlandırma sisteminin ən müasir formada qurulması, binaların fasadlarının üzlənməsi abadlıq işlərinin aparılması istiqamətində ciddi işlər görülmüşdür. Bununla da iki min ildən çox yaşı olan Gəncə bu gün qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilmişdir.

Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəldi, ulu öndərin abidəsini ziyarət edərək, gül dəstəsi qoydu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.1.