Şəhər ictimaiyyətinin nümayəndələri
ilə görüş
Mayın 25-də Prezident İlham Əliyev Gəncədə
ulu öndər Heydər Əliyevin adını daşıyan
meydanda şəhər
ictimaiyyətinin nümayəndələri
ilə görüşüb
səmimi söhbət
etmişdir.
Gəncə Dövlət
Universitetinin professoru Sevda QURBANƏLİYEVA dövlətimizin
başçısına gəncəlilərin
ən xoş arzularını çatdıraraq
dedi:
- Möhtərəm
cənab Prezident, Sizi Nizami yurdunda
böyük sevinclə
salamlayırıq, qədim
Gəncəyə xoş
gəlmisiniz. Qürur
hissi keçiririk ki, bu, son
illərdə Sizin Gəncəyə 9-cu səfərinizdir.
Bu, bizim üçün böyük
şərəfdir və
Sizin Gəncəyə
olan qayğınızı,
məhəbbətinizi göstərir.
Hər gəlişiniz
şəhərimizə böyük
yeniliklər gətirir.
Biz gəncəlilər
hər zaman Sizin qayğınızı
hiss edirik və Sizi doğma,
ən əziz bir insan kimi,
gəncəli kimi qəbul edirik.
Cənab Prezident, bu gün ölkəmizin
bütün regionları
kimi, Gəncə də sürətlə inkişaf edir, abadlaşır. Burada böyük quruculuq işləri aparılır.
Bu, Sizin gördüyünüz böyük
işlərin nəticəsidir.
Qədirbilən gəncəlilər
bütün bunlara görə Sizi böyük məhəbbətlə
qurucu İlham adlandırırlar.
Cənab Prezident, ölkəmizdə elmə,
təhsilə, mədəniyyətə
göstərdiyiniz qayğı
bir musiqişünas alim kimi məni
çox sevindirir. Mehriban xanımın mənəvi dünyamızda
böyük yeri olan muğamlarımıza
göstərdiyi həssas
münasibət, digər
sahələrdə gördüyü
işlər hamımızın
ürəyindəndir. Biz
şəhərimizdəki tarixi-memarlıq abidələrinin
bərpasına görə
Sizə və Mehriban xanıma daim minnətdar olacağıq.
Bu gün biz fəxr edirik
ki, hansısa bir ölkənin vassalı deyil, sözün əsl mənasında, müstəqil
dövlətin vətəndaşlarıyıq.
Cənab Prezident, bu, ümummilli lider Heydər Əliyevin və Sizin müdrik siyasətinizin nəticəsidir.
Biz Sizin fəaliyyətinizlə qürur
duyuruq. Sizə dərin minnətdarlığımızı
bildiririk. Çox sağ olun.
Prezident İlham ƏLİYEV:
Təşəkkür edirəm.
Mən sizin hamınızı ürəkdən
salamlayıram. Gəncədə
yenidən olmağımdan
çox məmnunam. Hər dəfə bu şəhərdə olanda, buradakı gözəl yenilikləri görəndə ürəyim
sevinir. Əminəm ki, siz də
sevinirsiniz.
Son illər ərzində Gəncənin
inkişafı üçün
doğrudan da, çox böyük işlər görülübdür.
Həm yerli icra orqanları
çox yaxşı işləyiblər, həm
şəhər fəalları.
Ümumiyyətlə, gəncəlilər
özləri gözəl
şəhərini qururlar
və şəhər
gözəlləşir, abadlaşır,
yeni binalar tikilir. Çox sevindiricidir ki, hətta bu böhranlı
aylarda da tikinti, demək olar ki, dayanmır.
Düzdür, bütün
dünyanı bürümüş
böhran istər-istəməz Azərbaycana
da öz təsirini göstərir.
Ancaq biz çalışırıq ki,
bu təsiri minimum səviyyəyə endirək. Böyük müəssisələrin müvəqqəti olaraq dayanması da əlbəttə, bir tərəfdən bizi narahat edir, digər
tərəfdən Azərbaycanın
artıq mövcud olan qüdrətli iqtisadi potensialı deməyə əsas verir ki, bu,
müvəqqəti xarakter
daşıyır. Əminəm
ki, böyük müəssisələr fəaliyyətini
yaxın zamanlarda bərpa edəcək. Orada işləyən insanlar isə dövlət tərəfindən
təmin edilir, onların maaşları verilir və veriləcəkdir.
Gəncənin böyük
tarixi var və mən çox şadam ki, şəhər öz tarixi simasını saxlamaqla müasirləşir, yeniləşir,
çox gözəl binalar tikilir və bəzi köhnə binalar da bərpa olunur,
təmir edilir. Bütün bunların çox böyük mənası var. Mən bu gün
Bakıdan maşınla
gələrkən böyük
yol tikintisini də bir daha
gördüm. Demək
olar ki, Bakı-Gəncə avtomobil yolunun böyük əksəriyyəti
artıq tikilib. Az hissə qalıb
ki, o da
ilin sonuna qədər bərpa edilməlidir, yenidən tikilməlidir və beləliklə, Bakıdan
Gəncəyə çox
rahat, özü də qısa müddət ərzində
gəlmək mümkün
olacaqdır.
Burada çox qədim tarixi binaların bərpası,
tarixi abidələrin
bərpası əlbəttə
ki, çox sevindiricidir. Azərbaycan öz keçmişinə
çox böyük hörmətlə yanaşır.
Bir neçə gün bundan sonra biz Respublika
gününü qeyd edəcəyik. 91 il bundan əvvəl Şərqdə ilk dəfə olaraq yaradılmış demokratik
respublika dünya miqyasında çox böyük hadisədir. Gəncənin və gəncəlilərin bu işlərdə fəal iştirakı bütün
Azərbaycan xalqına
yaxşı bəllidir.
Müstəqilliyin əsasları
məhz burada qoyulmuşdur. Bütün
dövrlərdə gəncəlilər
Azərbaycanın müstəqil
ölkə kimi yaşamasında çox mühüm işlər görmüşlər. Bu
gün siz də qeyd etdiyiniz
kimi, Azərbaycan müstəqil ölkə
kimi yaşayır, müstəqil siyasət aparır, xalqın iradəsi ilə idarə olunur. Müstəqil siyasət bizə
imkan verir ki, Azərbaycanın milli maraqları tam şəkildə müdafiə olunsun. İstər iqtisadi sahədə, istər siyasi sahədə, istər regionda baş verən hadisələrlə əlaqədar
Azərbaycan nəinki
öz sözünü
deyir, hətta öz maraqlarını müdafiə də edə bilir.
O ki qaldı gələcək
işlərimizə, bizim
işlərimiz sistemli
xarakter daşıyır.
Son beş ildə regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
qəbul edilmiş qərarlar əsasında uğurlu icrası çox müsbət haldır. Növbəti beş il üçün
yeni proqram tərtib olunub və icra edilməyə
başlanmışdır.
Bizim iqtisadiyyatımızın
əsas sahəsi energetikadır və dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi
ilə bağlı bütün neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan
da müəyyən çətinliklərlə üzləşib.
Amma buna baxmayaraq, bütün sosial proqramlar icra olunur, infrastruktur
layihələri davam etdirilir. Böhranın deyə bilərəm ki, Azərbaycana müsbət təsiri də olmuşdur. O da ondan ibarətdir
ki, istehlak qiymətləri aşağı
düşüb. Ancaq
büdcə təşkilatlarında
çalışan insanların
əməkhaqları vaxtında
ödənilir, pensiyalar
ödənilir və ildən-ilə onların məbləği
artır, gələcəkdə
də artacaqdır.
Bu aylar ərzində iqtisadiyyatımız
da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda iqtisadi artım. Yəni, bu, bir də onu göstərir
ki, bizim uğurlarımızın əsas
səbəbi neftin qiyməti deyil, əsas səbəbi aparılan islahatlardır və cəmiyyətdəki
çox gözəl əhval-ruhiyyə, ab-havadır. Əlbəttə ki, Azərbaycanın ikinci şəhəri Gəncənin
belə gözəl
görkəm alması,
bütövlükdə Azərbaycanda
gedən işlərin
nəticəsidir.
Mən bütün
bu uğurlarla, son illər ərzində əldə edilmiş uğurlarla sizi ürəkdən təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram. Sizə söz verirəm ki, mən həmişə olduğu kimi, Gəncəyə xüsusi
diqqət göstərəcəyəm
və şəhərin
inkişafı üçün
bütün lazımi
tədbirlər görüləcəkdir.
Sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.1.