Gəncə Şəhər Polis İdarəsinin yeni inzibati binasının açılışı

 

Mayın 25-də Gəncədə şəhər polis idarəsinin yeni inzibati binasının açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandana raport verdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışı bildirən lenti kəsdi bina ilə tanış oldu.

Tikintisinə 2008-ci ilin aprelində başlanılmış ümumi sahəsi 7 min kvadratmetr olan yeni bina zirzəmi daxil olmaqla, dörd mərtəbədən ibarətdir. Sifarişçi Daxili İşlər Nazirliyinin əsaslı tikinti idarəsidir.

Tikinti işlərində yerli materiallarla yanaşı, Türkiyə, İtaliya Avropanın digər ölkələrindən gətirilmiş inşaat məmulatından da istifadə olunmuşdur.

Dövlətimizin başçısının tapşırığı ilə 2004-cü ildə qəbul olunmuş "Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramı" daxili işlər orqanlarında islahatların aparılmasında, maddi-texniki bazanın şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində, həmçinin şəraitinin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Son üç ildə Daxili İşlər Nazirliyi üçün 50-dən çox inzibati, xidməti, xüsusi digər təyinatlı yeni binaların tikilib istifadəyə verilməsi bu diqqət qayğının nəticəsidir. Daxili işlər orqanlarında xidməti hazırlığın yüksəldilməsi, intizamın güclənməsi, mənəvi-psixoloji durumun sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr heyətinin yaradılmasına böyük diqqət göstərilir.

Bildirildi ki, binada növbətçi hissə, əməliyyat-rabitə qovşağı, silah otağı, qeydiyyat şəxsiyyət vəsiqəsi, istintaq təhqiqat, mütəşəkkil cinayətkarlıqla mübarizə cinayət axtarışı, kadrlar şöbələri, post-patrul xidməti, xüsusi təyinatlı əməliyyat taburları, kriminalistik tədqiqatlar, ictimai təhlükəsizlik yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili, narkotiklərlə mübarizə bölmələri, anbar fəaliyyət göstərir.

Binanın yarımzirzəmisində fövqəladə hallar zamanı xüsusi təyinatlı əməliyyat taburunun əməkdaşları üçün 30 yerlik yataqxana da yerləşir.

İkinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin mənalı həyatına, onun polis orqanlarına göstərdiyi diqqət qayğıya həsr olunmuş guşə yaradılmışdır. Bu mərtəbədə 50 nəfərlik brifinq zalı, dəftərxana da yerləşir.

Üçüncü mərtəbənin foyesində Prezident, Ali Baş Komandan İlham Əliyevin hüquq-mühafizə orqanlarına, xüsusilə, polisə göstərdiyi diqqət qayğını əks etdirən guşə vardır. Mərtəbədə 320 nəfərlik akt zalı da fəaliyyət göstərir.

İdarənin ətrafında 1500 kvadratmetrlik ərazidə yaşıllıq zolağı salınmış, abadlıq işləri görülmüşdür.

Bu, bir daha göstərir ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.

Dövlətimizin başçısı idarənin kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.2.