Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə
Hörmətli cənab Prezident!
Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası
günü münasibətilə
Sizi və bütün xalqınızı
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və Gürcüstan xalqları
tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış,
sıx tellərlə
bir-birinə bağlı olmuşlar. Bu xoş ənənələr
bu gün də müvəffəqiyyətlə
davam edərək dövlətlərarası münasibətlərimizin
inkişafında, əməkdaşlığımızın
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsində
mühüm rol oynamışdır.
Azərbaycan.-2009.-26 may.-S.1.