Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların
"N" hərbi hissəsində
olmuşdur
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 25-də Gəncə şəhərinə səfəri çərçivəsində Daxili Qoşunların "N" hərbi hissəsində zabit yataqxanasının açılışında iştirak etmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandana raport verdi.
Prezident İlham Əliyev açılışı
bildirən lenti kəsdi və yataqxana ilə
Məlumat verildi ki, tikintisinə 2008-ci ilin yanvarında başlanılmış bina 6 min kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binada 20 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil vardır. Birinci mərtəbədə 12 mənzil subay zabit və gizirlər üçün nəzərdə tutulmuşdur. Digər mərtəbələrdəki mənzillərdə isə ailəli zabit və gizirlər yaşayacaqlar. Bütün mənzillər soyuducu, mətbəx mebeli, qaz plitəsi, yataq dəstləri və televizorla təmin olunmuşdur. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuş binanın qarşısında uşaq şəhərciyi də salınmışdır.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.2.