"Ramada plaza"
mehmanxanasının tikintisinin
gedişi ilə tanışlıq
Prezident İlham Əliyev mayın 25-də
Gəncədə "
Dövlətimizin başçısına məlumat verilmişdir ki, təməli 2005-ci ilin mayında qoyulmuş binada inşaat işlərini bu ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur. Ümumi torpaq sahəsi iki hektar olan 12 mərtəbəli mehmanxanada 200-ə qədər nömrə olacaqdır. Nömrələrin 160-ı birotaqlı, 34-ü isə ikiotaqlıdır.
"Çıraq" MMC-nin sifarişçisi olduğu mehmanxananın birinci mərtəbəsində üzgüçülük hovuzu, trenajor zalı, biznes mərkəzi, mağazalar, qadın və kişi bərbərxanaları olacaqdır. İkinci mərtəbədə konfrans zalı, milli və Avropa mətbəxinə aid yeməklərin təqdim olunacağı iki restoran yerləşəcəkdir. Mehmanxananın 3-10-cu mərtəbələrində nömrələr, 11-12-ci mərtəbələrdə kafe, bar, VİP restoran və digər istirahət obyektləri fəaliyyət göstərəcəkdir. Ərazidə ikimərtəbəli 6 kottec də inşa olunacaqdır. 150 nəfərin işlə təmin olunacağı mehmanxananın ərazisində voleybol meydançasının, tennis kortunun, açıq üzgüçülük hovuzunun, yay kafesinin, uşaqlar üçün əyləncə şəhərciyinin və avtomobil dayanacaqlarının yaradılması da nəzərdə tutulmuşdur.
Tikintidə Yaponiya, Almaniya, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdən gətirilən inşaat materiallarından geniş istifadə olunur. Binada Yaponiya istehsalı olan beş müasir lift quraşdırılacaqdır. Buradakı bütün kommunikasiya qurğuları ən müasir standartlara cavab verir. Göygöldən içməli su xətti çəkiləcəkdir.
Mehmanxananın həyətində 5 min kvadratmetr sahədə yaşıllaşdırma işləri aparılmış, 6 min kvadratmetr xüsusi qranit plitə döşənmiş, əkilmiş gül və bəzək kolları Hollandiya və İrandan gətirilmişdir. Müasir işıqlandırma sistemi isə Türkiyə istehsalıdır.
Bildirildi ki, hazırda tikinti işlərində 220 nəfər çalışır. Onların orta aylıq əməkhaqqı 350-400 manatdır.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.2.