"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

 

dövlət orqanlarından:

 

Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Əliyeva Zöhrə Qulamhüseyn qızı - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətinin aparıcı məsləhətçisi

 

kütləvi informasiya vasitələrindən:

 

Məcidov Rəşad Müseyib oğlu - "525-ci qəzet"in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu - "İki Sahil" qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu - "Azərbaycan" qəzetinin baş redaktoru

 

jurnalist təşkilatlarından:

 

Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 may.- S. 2.