Gəncədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının hökumətinin yerləşdiyi binada xatirə lövhəsi açılmışdır

 

Mayın 25-də Prezident İlham Əliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının və hökumətinin yerləşdiyi binada - Azərbaycan Dövlət Aqrar Universitetinin girişində xatirə lövhəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı üzərində "Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstərib" sözləri yazılmış lövhənin üstündən örtüyü götürdü.

Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət olması ilk dəfə məhz bu binadan radioqram vasitəsilə bütün Avropa ölkələrinə elan edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.2.