"2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiyası proseslərinin sürətləndirilməsi,
ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun
qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə
müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın
ödənilməsi, həmçinin əhaliyə müasir
standartlar səviyyəsində ali təhsil almaq imkanı
yaradan səmərəli ali təhsil sisteminin
formalaşdırılması məqsədi ilə qərara
alıram:
1. "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2009-cu il
Azərbaycan.- 2009.- 23 may.- S. 2.