Nizami Gəncəvinin abidəsində aparılan yenidənqurma işləri ilə tanışlıq

 

Mayın 25-də Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin qədim Gəncənin mərkəzindəki abidəsində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 1949-cu il aprelin 30-da tuncdan qoyulmuş bu möhtəşəm abidənin Daşkəsən mərmərindən hazırlanmış postamenti artıq köhnəlmişdir. Hazırda postamentin mərmər örtüyü yenisi ilə əvəzlənir, abidənin ətrafında abadlıq işləri aparılır, müasir işıqlandırma sistemi quraşdırılır, yeni oturacaqlar qoyulur.

Bu ay başlanmış yenidənqurma işlərinin iyunun 15-də - Milli Qurtuluş Günündə başa çatdırılması nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı Gəncədə aparılan abadlıq quruculuq işləri ilə bağlı əlavə tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.2.