Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
uğurla həyata keçirilir
Azərbaycan Prezidenti İlham
Əliyev Göygöl
rayonuna gəlmişdir
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini
başa çatdıraraq
mayın 25-də Göygöl
rayonuna gəlmişdir.
Son illər rayonda geniş abadlıq-quruculuq
işləri aparılmışdır. 2008-ci ildə
rayon üzrə əsas
kapitala 34 milyon 156 min manat investisiya qoyulmuşdur ki, bunun da 32 milyon
610 min manatı tikinti-quraşdırma
işlərinə yönəldilmişdir.
Ötən il sənaye müəssisələrində
çalışanların orta aylıq əməkhaqqı əvvəlki
illə müqayisədə
25,2 faiz artmışdır. Bu ilin
birinci rübündə
ötən ilin müvafiq dövrü ilə müqayisədə
iqtisadiyyatın əsas
sahələrində istehsal
olunan məhsul və göstərilən
xidmətlərin ümumi
həcmi 9,9 faiz artaraq 15 milyon 580 min manat olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə
rayon mərkəzində ulu
öndər Heydər
Əliyevin abidəsini
ziyarət edərək
gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi
parkda aparılmış
abadlıq işləri
barədə məlumat
verildi. Bildirildi ki, abidənin
ətrafında salınmış
parkın sahəsi 3 hektara yaxındır.
Ərazinin 2 hektardan çox
hissəsində yaşıllıq
zolağı salınmış,
müxtəlif dekorativ
kollar və ağaclar əkilmişdir.
Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə
olunmuşdur.
Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri
olan parkda müxtəlif ölçülərdə
4 fəvvarə, müasir
işıqlandırma sistemi
quraşdırılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-26 may.-S.3.