Prezident İlham Əliyev Şəmkirdə istehsal olunan məhsulların sərgisinə baxmışdır

 

Mayın 25- Prezident İlham Əliyev istirahət parkı ilə tanışlıqdan sonra rayon mədəniyyət evində təşkil olunmuş sərgiyə baxmışdır. Sərgidə son illər sahibkarlığın inkişafı məqsədi ilə dövlətimiz tərəfindən yaradılmış əlverişli şəraitdən bəhrələnən şəmkirli adamlarının istehsal etdiyi sənaye, tikinti kənd təsərrüfatı məhsulları nümayiş olunurdu.

Bildirildi ki, 2008-ci ildə Şəmkirdə ümumi məhsul buraxılışının həcmi 225 milyon manatdan çox olmuşdur. Əmtəə dövriyyəsinin həcmi 152 milyon manatı ötmüşdür. Ötən il rayonda 54 min 566 ton taxıl, 102 min 287 ton kartof, 116 min 27 ton tərəvəz istehsal edilmişdir. Süd istehsalı 36 min 770 ton, ət istehsalı 7350 ton, yumurta istehsalı 37 milyon 615 min ədəd olmuşdur. İqtisadiyyatın inkişafı rayonun büdcəsinə təsirsiz ötüşməmişdir. Büdcə gəlirləri 8 milyon 320 min manat, büdcə xərcləri 32 milyon 364 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait isə 24 milyon 401 min 135 manat təşkil etmişdir.

Prezident İlham Əliyev 1972-2000-ci illərdə ümummilli lider Heydər Əliyevin Şəmkir rayonuna səfərlərini əks etdirən şəkillərə baxdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.5.