Gürcüstanın milli bayramı şərəfinə

 

Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət Müstəqilliyi Günü münasibətilə mayın 25- Gülüstan sarayında rəsmi qəbul təşkil etmişdir.

Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze çıxış edərək ölkəsinin 1991-ci ildə yenidən bərpa etdiyi müstəqilliyin əhəmiyyətindən danışmışdır. O, ötən müddət ərzində Gürcüstanın vətəndaş müharibəsinə, terrora, separatizmə məruz qaldığını bildirmiş demişdir ki, hazırda ölkəmiz üçün ən vacib məsələ ərazi bütövlüyümüzün bərpasıdır. Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan səfir xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu, prezidentlər Mixeil Saakaşvilinin İlham Əliyevin ölkələrimiz xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiklərini vurğulamışdır. Diplomat 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentini xalqını təbrik etmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik etmişdir. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Oqtay Əsədov xalqlarımızın qədim dostluq münasibətlərini diqqətə çatdırmışdır. Demişdir ki, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf etmişdir. O.Əsədov regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına öz təsirini göstərəcəyinə əminliyini vurğulamışdır.

Qəbulda Milli Məclisin deputatları, nazirlər, Bakıda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.5.