Azərbaycan nümayəndə heyəti Dünya Gömrük Təşkilatının konfransında iştirak etmişdir

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 18-19-da Norveç Krallığının Bergen şəhərində 44 ölkədən 97 nümayəndənin iştirakı ilə Dünya Gömrük Təşkilatının (DGT) Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin konfransı keçirilmişdir.

Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

Konfransda "DGT-nin XXI əsrdə gömrük strategiyası: sərhəd idarəetməsində daha səmərəli qarşılıqlı işin təşkili", "XXI əsrdə gömrük işinin əsas prioritetləri tələbatları", gömrükdə "bir pəncərə" prinsipinin tətbiqi mexanizmləri, təşkilati məsələlər və s. müzakirə edilmişdir.

Tədbirin açılış mərasimində DGT sədri Martin Dan, baş katib Kunio Mikuriya, Norveç Gömrük Xidmətinin baş direktoru Byorn Ross, DGT sədrinin Avropa regionu üzrə müavini xanım Jozefin Fihili başqaları çıxış etmişlər.

Konfransda Azərbaycan nümayəndə heyəti Avropa üzrə yeganə regional ofisin açılması ilə bağlı təqdimatla çıxış etmişdir.

Təqdimatın birinci hissəsində ölkəmizin qədim zəngin tarixindən, bugünkü hərtərəfli inkişafından, əldə olunan nailiyyətlərdən, Azərbaycan gömrüyünün keçdiyi inkişaf yolundan bəhs edən film nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin gömrük sisteminə gündəlik diqqət qayğısı qısa müddətdə bu sahənin inkişafını xeyli sürətləndirmişdir. Xidmət iqtisadi təhlükəsizliyin təminatçısı olan aparıcı strukturlardan birinə çevrilmişdir. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin dəstəyi sayəsində müstəqil Azərbaycanın gömrük xidməti artıq nümunəvi bir dövlət qurumuna çevrilmiş, dünya gömrük ailəsində özünə layiqli yer tutmuşdur.

Təqdimatın ikinci hissəsində regional ofisin açılması ilə bağlı Azərbaycan gömrük xidmətinin yerinə yetirdiyi öhdəliklər, eləcə bir sıra təşkilati məsələlər barəsində nümayəndə heyətinin rəhbəri, DGK-nın sədri Aydın Əliyev konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Macarıstan, İsrail, İrlandiya digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təqdimatı yüksək qiymətləndirmiş, respublikamızda regional ofisin açılmasına müsbət rəy vermişlər. Azərbaycan tərəfinin bu təklifinə DGT-nin iyunda keçiriləcək sessiyasında baxılması qərara alınmışdır.

Konfransda Makedoniyada Qazaxıstanda DGT regional tədris mərkəzlərinin açılması ilə bağlı müvafiq qərarlar qəbul edilmiş, Belarus gömrük xidməti təmsilçisinin ölkə gömrüyünün hazırkı durumu barədə məlumatı dinlənilmişdir.

Tədbirdə Macarıstan gömrük xidmətinin rəhbəri Yanoş Naqin yekdilliklə DGT baş katibinin Avropa regionu üzrə müavini seçilmişdir.

Konfransın ikinci günü Azərbaycan nümayəndə heyətinin üzvü, DGK Statistika İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların nəqliyyat vasitələrinin yoxlanılmasında "Bir pəncərə" prinsipinin tətbiqi haqqında" məruzə ilə çıxış etmişdir. Bir sıra ölkələrin - Qazaxıstan, Slovakiya, Polşa, Latviya, Estoniya başqa nümayəndə heyətləri bu təcrübədən yararlanmaq üçün Azərbaycan tərəfinə müraciət etmişlər.

Azərbaycan nümayəndə heyətinin DGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü olmuşdur. Görüşdə ikitərəfli münasibətlərdən söhbət açılmış, Bakıda keçirilmiş İslam Konfransı Təşkilatı hüquq-mühafizə orqanları rəhbərlərinin iclası barədə məlumat verilmiş qəbul edilmiş Bakı Bəyannaməsi K.Mikuriyaya təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 may.-S.7.