Gədəbəydə Aşıq Musiqi Məktəbinin təməli
qoyulmuşdur
Prezident İlham Əliyev Gədəbəyə
səfəri çərçivəsində
mayın 26-da Aşıq
Musiqi Məktəbinin
təməlqoyma mərasimində
iştirak etmişdir.
Dövlətimizin başçısına
məlumat verildi ki, ölkəmizdə ilk dəfə yaradılan Aşıq Musiqi Məktəbi binasının tikinti işlərini "Regionların
inkişafı" İctimai
Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir.
İkimərtəbəli bina
üçün Heydər
Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır.
Tikinti işlərinin
vaxtında və keyfiyyətli aparılması
məqsədilə hərtərəfli
hazırlıq işləri
görülmüşdür. Musiqi məktəbi binasının
ən müasir standartlara uyğun inşası üçün
1,5 milyon manat vəsait ayrılmışdır.
30 daimi iş yerinin açılacağı
bu mədəniyyət
ocağında 200 nəfər
aşıq sənətinin
sirlərinə yiyələnəcəkdir.
Binanın hər mərtəbəsində 12 otaq
olacaqdır. Buraya sinif otaqları, kitabxana, akt zalı, səhnə, qrim otağı, oxu zalı və
digər inzibati otaqlar daxildir.
Məktəb binasının
tikilib istifadəyə
verilməsində əsas
məqsədlərdən biri
də aşıq və saz sənətimizi
YUNESKO səviyyəsinə çıxarmaqdır. Bu baxımdan
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğamla
yanaşı, ölkəmizin
aşıq sənətinin
də geniş təbliği məqsədilə
apardığı ardıcıl
və kompleks iş bəhrəsini verməkdədir. Məhz Heydər
Əliyev Fondunun xətti ilə reallaşdırılan silsilə
tədbirlər sayəsində
Azərbaycanın aşıq
musiqisi artıq xaricdə də böyük rəğbət
qazanmışdır və
dünya musiqi inciləri sırasında
layiqli mövqeyini tutmaqdadır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycanda
aşıqlar yurdu kimi tanınan bölgələrimiz çoxdur.
Bu baxımdan dağlar qoynunda yerləşən Gədəbəyin
də özünəməxsus
yeri vardır. Hazırda Gədəbəydə
150-dən çox aşıq var. Əməkdar mədəniyyət
işçisi və Prezident təqaüdçüsü
aşıq İsfəndiyar
Rüstəmovun rəhbərliyi
ilə rayonda ansambl fəaliyyət göstərir. "Xalq aşıqları" ansamblı
fəaliyyətini daim
genişləndirir.
Dövlətimizin başçısına
məlumat verildi ki, bu ilin
martında Parisin məşhur Luvr muzeyində konsert proqramı ilə çıxış etmiş
beş Azərbaycan aşığından üçü
Gədəbəydəndir.
Prezident İlham Əliyev gilizi binanın təməlinə
buraxdı. Özülə
beton qarışığı
buraxıldı.
Gədəbəy aşıqları
məharətlərini nümayiş
etdirdilər.
Dövlətimizin başçısı
aşıqlarla söhbət
etdi.
Prezident İlham ƏLİYEV
dedi: Sizi təbrik edirəm. Keçən dəfə,
iki il yarım
bundan əvvəl görüşmüşdük.
Aşıq İsfəndiyar
RÜSTƏMOV dövlətimizin başçısına müraciətlə
dedi: Mən Sizə minnətdarlığımı
bildirirəm ki, ulu öndərimiz Heydər Əliyev də bizə çox gözəl qiymət verib, mənim bu ansamblıma
"Xalq aşıqları"
adı verib.
Əziz Prezidentimiz, əziz qardaşım oğlu, bizim ölkənin, müstəqil
dövlətin əziz
rəhbəri, xilaskarı.
Sizin gəlişiniz həmişə uğurlu
olmuşdur. Mənə
özünüz prezident
təqaüdü verdiniz.
Mənim bax, bu aşığıma aşıqların qurultayından
sonra əməkdar adı verdiniz. Sonra bax, bu
məktəbin tikilməsi
bizim üçün
çox faydalı, əhəmiyyətlidir. Bu
münasibətlə nəinki
bizim, Azərbaycanın
bütün aşıqlarına
gözaydınlığı verirəm. Onlara da qismət olsun.
Sizin hər gəlişiniz uğurludur.
Ancaq indi bir məsələ var, istəyirəm ki, bizim aşıqlarla
xatirə şəkli
çəkdirəsiniz.
Aşıqlarla xatirə şəkli çəkdirən
Prezident İlham ƏLİYEV
dedi:
Azərbaycanda, Gədəbəydə
çox böyük aşıq məktəbi var. Ənənəvi olaraq.
İsfəndiyar RÜSTƏMOV: Bəli,
çox sağ olun. Mən indi bildim ki,
aşıq sənətinin,
bizim davamçılarımız
burada dərs alacaqlar.
İlham ƏLİYEV: Bəli,
çox gözəl bina tikiləcəkdir, onun şəklini görmüsünüz. Ümid
edirəm ki, bina yaxın zamanda tikiləcəkdir. Onsuz da siz
bu sənəti yaşadırsınız, onsuz
da bu sənət
nəsildən-nəslə
keçir. Bax, bu uşağın da, mənə dedilər ki, böyükləri də,
əcdadları da aşıq sənəti ilə məşğul idilər. Onsuz da bu sənət
Azərbaycanda yaşayır
və yaşayacaqdır.
Ancaq biz istəyirik ki, şərait yaxşı,
müasir səviyyədə
olsun. Musiqi məktəbi gözəl
olsun, xarici görünüşü də.
Yeri də çox yaxşı seçilmişdir. Bura Gədəbəy şəhərinin
mərkəzidir, parkın
üstüdür, buranın
çox gözəl təbiəti var, buradan gözəl mənzərə açılır.
Sizə uğurlar və cansağlığı
arzulayıram. Bu gözəl sənəti yaşadın.
AŞIQLAR: Allah Sizə cansağlığı versin. Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2009.-27 may.-S.1.