Prezident İlham Əliyev Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etmişdir

 

 Mayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verilmişdir ki, 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla, Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən Anqlo-Asiya Mininq MMC-nin tam subsidiyalı mülkiyyətidir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir.

Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub dəfələrlə mis nəcib metalların çıxarılması məqsədilə istismar edilmişdir. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada sənədləşdirilmiş dağ-mədən işləri aparılmışdır. Həmin dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis filizinin hasilatı ilə məşğul olmuş, təxminən 2 milyon ton filiz çıxarılmışdır. Sonralar Gədəbəy yatağında onun ətrafında "Dövlətgeolkom" tərəfindən müəyyən fasilələrlə tədqiqatlar aparılmışdır.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilən 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanmışdır. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy kontrakt sahəsində yerləşən eyni adlı qızıl-mis yatağında almaz əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirmişdir. Quyuların maksimum dərinliyi 270 metr olmuşdur. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədilə qazma işləri davam etdirilmişdir. Layihəyə mal-material, xidmətlər ilə bağlı 50- yaxın subpodratçı təşkilat cəlb olunmuşdur. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilmişdir.

Müəssisədə yaradılmış laboratoriyada yüksək ixtisaslı mütəxəssislər çalışır. Yataqdan digər obyektlərdən götürülən nümunələr analiz edilir. 2007-ci ilin əvvəlində şirkət Gədəbəy qızıl-mis layihəsi üzrə kəşf sənədini Azərbaycan hökumətinə təqdim etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, bütün quyulardan götürülən nümunələrin əyar analizinin nəticələrinə əsasən qızılın qiymətləndirilməsi ABŞ-ın Denver şəhərində müvafiq məsləhətçilər tərəfindən müstəqil yerinə yetirilmişdir. Aparılan tədqiqatlar analizlər nəticəsində Gədəbəy yatağında 15,6 milyon ton filizdə orta hesabla 1,5 q/t qızılın, 12,2 q/t gümüşün 0,24 faiz misin olması müəyyən edilmişdir. Bu da yataqda təxminən 22 ton qızılın, 192 ton gümüşün 37 min ton misin olması deməkdir. Yataqdaxili ehtiyatlar üzrə 7,6 milyon ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş 0,24 faiz mis vardır. Bu da təxminən 14 ton qızıl, 123 ton gümüş 22 min ton mis deməkdir. Topa aşındırma texnologiyasından istifadə edərək bu ehtiyatlardan təxminən 70 faiz - 9,8 ton qızıl, 50 faiz - 61,5 ton gümüş 35 faiz - 7,7 min ton mis istehsal etmək mümkün olacaqdır. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur.

Bildirildi ki, Gədəbəy yatağı dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir.

Gədəbəy layihəsi üzrə ümumi gəlirin 229,1 milyon dollar, mənfəətin 107,2 milyon dollar olacağı gözlənilir.

Ümumiyyətlə, Saziş üzrə şirkətə 6 sahə verilmişdir. Bu sahələrdən biri Gədəbəydə, biri Naxçıvanda, biri Tovuzda, üçü isə Ermənistanın işğalı altında olan ərazilərdədir. Gədəbəy kontrakt sahəsinin bir neçə obyektində yerüstü geoloji-kəşfiyyat işləri, geofiziki, geokimyəvi tədqiqatlar yerinə yetirilmişdir. Kəşfiyyat işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, geokimyəvi, geofiziki məhdud miqdarda buruq-qazma işləri aparılmışdır. Alınan nəticələr isə qənaətbəxşdir. Hazırda Diaxçay mis-porfir yatağında buruq-qazma işləri davam etdirilir. Dövlətimizin başçısı əraziyə baxdı, süxurların nümunələri ilə tanış oldu. Daha sonra Prezident İlham Əliyev emal müəssisəsində oldu, zavodun işə başlamasını bildirən düyməni basdı.

Prezident İlham Əliyev Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söylədi.

 

 

Azərbaycan.-2009.-27 may.-S.1.