Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.

Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi onun da salamlarını Türkiyə Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.2.