Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaq Dünya Bankının Azərbaycan ilə uzun illər uğurlu əməkdaşlıq etdiyini vurğuladı. Daha sonra Əsəd Aləm dedi: "Təmsil etdiyim qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri Sizin rəhbərliyiniz altında Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlara dəstək verməkdən ibarətdir".

Dövlətimizin başçısı iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər əldə edən ölkəmizin beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq etdiyini bildirdi bu əməkdaşlığın gələcəkdə davam edəcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.3.