Bakıda "Məzun-2009" yarmarkası təşkil olunmuşdur

 

Mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər İdman Nazirliyinin dəstəyi ilə 28 may - Respublika Gününə həsr olunmuş IV məzun yarmarkası keçirilmişdir.

"Məzun-2009" yarmarkasında respublikanın 70-ə yaxın holdinq, şirkət bankları, bir sıra nazirliklər dövlət idarələri 700-dən çox vakant yerləri təklifi ilə iştirak etmişlər. Yarmarkada iştirak etmək üçün ayrı-ayrı ali məktəblərdən 3 minə yaxın məzun öncədən öz SV-lərini göndərmişdir.

Universitetin rektoru, Milli Məclisin Elm təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev bildirmişdir ki, yarmarkanın məqsədi respublikanın bütün iqtisadyönümlü universitetlərini bitirən bakalavr magistrləri işlə təmin etməkdir. Bu da ölkədə aparılan siyasətlə tamamilə üst-üstə düşən bir prosesdir dövlətimizin başçısının gənclər siyasəti, məşğulluq probleminin həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlardandır.

Ş.Hacıyev bildirmişdir ki, məzun yarmarkası dördüncü ildir keçirilir ənənəyə çevrilmişdir. Bolonya prosesinə qoşulduqlarını deyən rektor prosesin ən mühüm prinsiplərindən birinin məzunların işə düzəldilməsi ilə bağlı olduğunu vurğulamış, bu sahədə tədbirlərin görüldüyünü söyləmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli başqaları belə yarmarkaların keçirilməsinin əhəmiyyətli olduğunu, ali məktəbləri bitirən məzunların ixtisasları üzrə tapmasına kömək göstərəcəyini bildirmiş, son illər ölkədə aparılan islahatlar nəticəsində təhsil sistemində əldə olunan nailiyyətlərdən, Azərbaycanda bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, yarmarka ADİU-da son zamanlar sistemli şəkildə tətbiq olunan yeni iqtisadi təhsil modelinin mühüm tərkib hissəsidir bu zaman tədris prosesinə dövlət qurumları özəl şirkətlər bilavasitə cəlb olunurlar.

Sonra qonaqlar yarmarkada təklif edən şirkətlərlə, müəssisələrlə başqa qurumlarla yaxından tanış olmuşlar.

Yarmarka zamanı məzunların demokratik prinsiplərə uyğun şəffaflıq şəraitində dövlət biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.4.