İordaniyanın milli bayramı şərəfinə
İordaniya Haşimilər Krallığının
Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Müstəqillik
Günü münasibətilə
mayın 26-da "
Azərbaycan Respublikasının
və İordaniya Haşimilər Krallığının
dövlət himnləri
səslənmişdir.
İordaniyanın Azərbaycandakı
səfiri Adel Adaileh çıxış
edərək ölkəsinin
müstəqillikdən sonra
keçdiyi inkişaf
yolundan danışmış,
bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük
uğurlar qazanıldığını,
İordaniyanın dünya
birliyində layiqli yer tutduğunu vurğulamışdır.
Diplomat dost
ölkələr olan
İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən
məmnunluğunu bildirərək
demişdir ki, dövlət başçılarının
qarşılıqlı səfərləri,
yüksək səviyyəli
görüşlər və
danışıqlar ikitərəfli münasibətlərin yüksələn
xətt üzrə inkişafına əlverişli
zəmin yaradır.
Səfir vurğulamışdır
ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr
iki görkəmli dövlət xadiminin - Heydər Əliyevin və Kral Hüseyn
bin Təlalın səyləri nəticəsində
qurulmuşdur. İordaniya
Kralı Əlahəzrət
II Abdullah və Prezident İlham Əliyevin səyləri nəticəsində hazırda bu əlaqələr uğurla davam etdirilir.
A.Adaileh diqqətə
çatdırmışdır ki, ölkələrimiz arasında münasibətləri
arzu olunan səviyyəyə çatdırmaq
üçün Kral
II Abdullah Azərbaycana,
Prezident İlham Əliyev isə İordaniyaya səfər etmişdir.
Ölkələrimiz iqtisadi, mədəni, ticari, informasiya və turizm sahələrində
çox uğurlu əməkdaşlıq edirlər.
Diplomat demişdir ki, dövlət başçılarının qarşılıqlı
səfərləri, yüksək
səviyyəli görüşlər
və danışıqlar
öz bəhrəsini
verməyə başlamışdır.
Bakıda İordaniya iş adamlarının biznes-forumu təşkil edilmiş, bu ölkənin sənaye mallarının sərgisi
keçirilmiş və
Əmman ilə Bakı arasında birbaşa hava reysləri açılmışdır.
Səfir 28 may - Respublika Günü münasibətilə Azərbaycan
Prezidentini və xalqını təbrik etmiş və dinamik inkişaf etməkdə olan müstəqil respublikamıza
yeni uğurlar arzulamışdır.
Azərbaycanın iqtisadi
inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə dost İordaniya xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin
başçısının salamlarını və xoş arzularını mərasim iştirakçılarına
çatdırmışdır.
Ş.Mustafayev demişdir ki, İordaniya Kralı II Abdullahın ölkəmizə və Prezident İlham Əliyevin İordaniyaya səfərləri əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərində yeni mərhələ açmışdır.
Qəbulda Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri,
beynəlxalq təşkilatların
ölkəmizdəki təmsilçiləri,
paytaxt ictimaiyyətinin
nümayəndələri iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-27
may.-S.4.