Xor kollektivlərinin müsabiqəsi
yekunlaşdı
Respublikada zəngin xor mədəniyyətinin
qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq
musiqi və incəsənət məktəblərində
xor fənninin tədrisinin səviyyəsinin
yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor
sənətinə maraq oyadılması,
xormeysterlərin yaradıcılıq fəaliyyətinin
aktivləşdirilməsi və həvəsləndirilməsi
məqsədilə 6-cı ildir ki, Uşaq xor
kollektivlərinin Respublika festival
və müsabiqələri keçirilir.
26 may 2009-cu il tarixində Azərbaycan Dövlət Musiqili Kamediya Teatrında Uşaq xor kollektivlərinin
VI Respublika müsabiqəsinin qaliblərinin
konsertində Naxçıvan Muxtar Respublikasından,
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən
uşaq xor kollektivləri
çıxış etdilər.
Tədbiri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
açaraq, qonaqları salamladı. O,
müsabiqə və festivallarda iştirak edən xor
kollektivlərinin ifaçılıq səviyyəsini ildən-ilə
yüksəldiyi, hər il aprel
ayında respublikanın bütün rayon və şəhərlərində xor kollektivlərinin iştirak
etdiyini qeyd edərək,
münsiflər heyətinin qərarına əsasən, fərqlənən
xor kollektivləri, xormeyster
və konsertmeysterin diplom
və fəxri fərmanlara, pul
mükafatlarına layiq görüldüyü
haqda danışdı. O dedi:
«Hörmətli prezidentimiz İlham
Əliyevin uşaqlara olan
qayğısı, onların yaradıcılığına verdiyi dəyər çox
böyükdür. O, istedadlı
uşaqlarımız üçün xüsusi Prezident təqaüdü
ayırmışdır. Məhz
respublikamızın birinci xanımı,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Brüssel və digər şəhərlərdə
keçirilmiş tədbirlərdə bizim uşaq xor kollektivi böyük uğurlar
qazanmışdır. Bu il aprel ayında
keçirilən bu müsabiqədə 10
mindən çox şagird
iştirak etmişdir».
Sonda isə Sevda
xanım mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
adından kollektivi təbrik edərək uşaqlara uğurlar
arzuladı.
Daha sonra münsiflər heyətinin
qərarına əsasən 3 xormeyster
(Bakı, Sumqayıt, Naxçıvan MR Ordubad
şəhər) I dərəcəli diplom
və pul mükafatına, 4 xormeyster (Bakı, Mingəçevir şəhərlərindən)
II dərəcəli diplom və pul mükafatına, 6 xormeyster
(Bakı, Gəncə, Lənkəran şəhərlərindən)
III dərəcəli diplom və pul mükafatına, 12 xormeyster
fəxri fərman və həvəsləndirici mükafata layiq görüldü. Müsabiqədə fərqlənən
23 xor kollektivi, 5 xormeyster, 6 konsertmeyster fəxri
fərmanla təltif edildi.
Sonra tədbir 2009-cu il VI Respublika müsabiqəsi uşaq
xor kollektivlərinin ifasında Üzeyir Hacıbəylinin «Ey
vətən», Yaşar Xəlilovun «Göyərçin»,
«Bizim ellər», Azərbaycan xalq mahnısı «Ay ləbu-ləb»,
Qara Qarayevin «Doğma Azərbaycan» və başqa
ifalar ilə sona yetdi.
Yeganə
Mədəniyyət. - 2009.- 27 may.- S. 3.