Fəxri Xiyabanda
anım
Yazdığı əsərlərlə Azərbaycan ədəbiyyatında
özünəməxsus iz qoymuş xalq
yazıçısı İlyas Əfəndiyevin
95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Dünənsə
rəsmi şəxslərin, eləcə də ölkənin
tanınmış sənət adamlarının
iştirakı ilə yazıçının Fəxri
Xiyabandakı məzarı ziyarət edilib.
Ziyarətcilər tərəfindən
yazıçının məzarı üstünə
gül-çiçək dəstələri qoyulduqdan
sonra xatirə nitqləri söylənilib.
İlk çıxış edən mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev, İlyas
Əfəndiyevin xatirəsinə toplaşanları salamlayaraq, yazıçının
yaradıcılığını «ömrün
böyük anları» adlandırdı.
“Sözsüz ki,
İlyas Əfəndiyevin
yaradıcılığı haqqında daha
geniş ədəbiyyat adamları, tənqidçilər
danışa bilərlər. Amma mən onun
yaradıcılığında bir amili önə çəkmək istəyirəm.
İlyas Əfəndiyevin əsərlərində
vətənpərvərlik, vətən sevgisi,
doğma Qarabağa
bağlılıq, Azərbaycanın bütövlüyü
əsas qayə olaraq önə çəkilir.
Bunlar yazıçının bütün əsərlərində
qırmızı xətlə keçir.
Və məhz onun əsərlərinə
ölməzlik gətirən də bu xəttə
sadiqlikdir. Artıq neçə illərdir
ki, Azərbaycan Milli Dram Teatrında teatr mövsümü İlyas
Əfəndiyevin “Hökmdar və
qızı” əsəri ilə açılır. Bu, teatr ictimaiyyətinin İlyas
Əfəndiyev sənətinə, onun əsərlərinə
sevginin təzahürüdür. Ənənə
davam edir və biz çalışırıq ki, hər teatr
mövsümündə xatırlatdığım tamaşa yeni quruluşda, yeni
aktyorların iştirakı və yeni rejissor işi ilə
tamaşaçılara təqdim edilsin.
İlyas Əfəndiyev klassik
dramaturgiya üzrə dəyərli əsərlər
yaradıb. Eyni zamanda,
müasirliyi də öz
yaradıcılığına gətirməyi bacararaq,
lirik-psixoloji janrda dramaturji yaradıcılığını davam etdirdi və bu əsərlər bizim hər
birimizin sevə-sevə mütaliə etdiyimiz əsərlərdir”.
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar isə İlyas Əfəndiyevi
95 il əvvəl xalqımızın bəxtinə
düşmüş pay
adlandırdı.
“Onun əsərləri ilə fikrimi ifadə edərək deyə bilərəm
ki, “Sən həmişə bizimləsən”.
İlyas müəllimin xatirəsi həm
də mənimlədir. Demək olar ki, onunla bağlı xatirələrimi
yazıya alaraq tamamlamışam. Allah ona qəni-qəni rəhmət
etsin”.
Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Azərpaşa Nemətov İlyas Əfəndiyevin səhnə həyatı
almış əsərləri haqqında danışaraq, onun Cənubi Azərbaycan mövzusuna
müraciət etməsini böyük cəsarət
nümunəsi olduğunu qeyd
etdi. Respublikanın xalq
artisti Amaliya Pənahova
isə yazıçının səhnələşdirilmiş
əsərlərində aldığı rolların xarakterindən
danışaraq, onu insan
psixologiyasının bilicisi adlandırdi. Xalq şairi Zəlimxan Yaqub İlyas Əfəndiyevi
böyük vətənpərvər, onun əsərlərini isə milli
kimliyimizi yada salan dərslik adlandırdı.
Respublikanın tanınmış bir
çox sənət adamlarının
çıxışından sonra
yazışının oğlu Elçin, Əfəndiyevlər ailəsi
adından çıxış edərək, mərasimlərə
toplaşanlara təşəkkür etdi.
Sabutay
Mədəniyyət. - 2009.- 27 may.- S. 3.