Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 6-da Ankarada - Baş nazirin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.

Görüşdə seçkilərdən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsinin əhəmiyyəti vurğulandı, bu səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli əlaqələrin bölgədə işbirliyinin güclənməsi baxımından önəmi də vurğulandı və qarşılıqlı əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu.

 

 Azərbaycan.-2008.-7 noyabr.-S.1.