Ankarada Heydər Əliyev küçəsinin açılışı olmuşdur

 

Noyabrın 6-da Ankaranın Batıkənd məhəlləsində Heydər Əliyev küçəsinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, habelə Türkiyənin energetika təbii sərvətlər naziri Hilmi Gülər xanımı, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek mərasimdə iştirak edirdilər.

Mərasimə toplaşanlar dövlətimizin başçısını xanımını hərarətlə salamladılar.

Prezident İlham Əliyev Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek Heydər Əliyev küçəsinin açılışını bildirən lövhə üzərindən örtüyü götürdülər. Lövhənin üzərində "Heydər Əliyev küçəsinin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek tərəfindən 2008-ci il noyabrın 6-da olmuşdur" sözləri yazılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 900 metrə yaxın olan bu küçəyə 2008-ci ilin iyununda ulu öndər Heydər Əliyevin adı verilmişdir. Ətrafda Heydər Əliyev adına ibtidai məktəb, ümummilli liderin adını daşıyan park, yaşayış evləri, ofislər inzibati binalar yerləşir. Ətraf ərazi abadlaşdırılmışdır.
Ankaralılar türk dünyasının böyük oğlu Heydər Əliyevin xatirəsini əziz tuturlar küçəyə onun adının verilməsi böyük şəxsiyyətə olan hörmət məhəbbətin nümunəsidir.


            
AzərTAc

 

 Azərbaycan.-2008.-7 noyabr.-S.3.