Prezident İlham Əliyev Ankarada Heydər Əliyev parkı ilə tanış olmuşdur
Parka toplaşan sakinlər, ictimaiyyətin nümayəndələri,
məktəblilər Prezident
İlham Əliyevi, xanımı Mehriban Əliyevanı böyük
hörmətlə qarşıladılar. Onların əllərində
türk dünyasının
böyük oğulları
Heydər Əliyevin və Atatürkün portretləri var idi.
Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyun ayında
ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Parkın girişində
xüsusi hazırlanmış
lövhədə ulu öndərin tərcümeyi-halı
yazılmışdır. Buraya istirahətə gələnlər
xalqımızın dahi
oğlunun həyat və fəaliyyəti barədə məlumat ala
bilirlər.
Parkda iki müasir fəvvarə quraşdırılmış, 11 minədək gül, 15
min ağac əkilmiş,
35 min kvadratmetr sahədə
çəmənlik salınmışdır.
Uşaqların əylənməsi üçün xüsusi
qurğular quraşdırılmışdır.
Sakinlərin istirahətinin səmərəli
təşkili, idmanla məşğul olmaları
üçün də
lazımi şərait
yaradılmışdır.
Dövlətimizin başçısı və
xanımı ulu öndərin tərcümeyi-halı
yazılmış lövhənin
qarşısında xatirə
şəkli çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin parkdakı əzəmətli
abidəsi önünə
gül dəstələri
qoydular, burada xatirə şəkli çəkdirdilər. Abidənin müəllifi
Azərbaycan heykəltəraşı
Natiq Əliyevdir.
Parka toplaşmış məktəblilər
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevə olan məhəbbətlərini
bildirdilər. Dövlətimizin başçısı və xanımı məktəblilərlə xatirə
şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2008.-7 noyabr.-S.3.