Ankarada Heydər Əliyev adına ibtidai məktəblə tanışlıq

 

Məktəbin binasının həyətində şagirdlər, valideynlər, məhəllə sakinləri Prezident İlham Əliyevi, xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar.
Məktəblilərin ifasında Azərbaycanın Türkiyənin milli rəqsləri, xalq mahnıları böyük maraq doğurdu.

Azərbaycan Prezidenti məktəblə tanış oldu. Şagirdlər məktəbin himnini oxudular, ulu öndər Heydər Əliyevə olan məhəbbətlərini bir daha bildirdilər.
Dövlətimizin başçısı xanımı məktəblilərin əl işlərinə baxdılar, sinif otaqlarında dərs prosesini izlədilər, uşaqların təhsili ilə maraqlandılar.

Məlumat verildi ki, Ankaranın bu hissəsində sakinlərin sayının sürətlə artması nəticəsində ibtidai təhsil yaşındakı uşaqların da sayı çoxalmışdır 2 ibtidai məktəb azlıq edirdi. Bunu nəzərə alaraq 10 sinifdən ibarət yeni məktəb tikilmiş, sonradan siniflərin sayı 27-yə çatdırılmışdı.

Ankara valiliyi ilə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi arasında imzalanmış protokola uyğun olaraq "Qardaş qurum" layihəsi çərçivəsində 2006-cı il yanvarın 17-dən məktəbə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Hazırda məktəbdə 1440 şagird təhsil alır.

Prezident İlham Əliyev şagirdlərə ölkənin layiqli vətəndaşları olmaları üçün yaxşı təhsil almalarını tövsiyə etdi.

Dövlətimizin başçısı məktəblə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı: "Heydər Əliyev məktəbinin öyrəncilərinə yaxşı oxumaq arzulayıram. Məktəbin müəllimlərinə uğurlar diləyirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

6 noyabr 2008-ci il."

 

Dövlətimizin başçısı xanımına xatirə hədiyyələri təqdim olundu.

Məktəblilər Azərbaycan Prezidentini xanımını böyük hərarətlə yola saldılar.

 

 

AzərTAc                   

 

 Azərbaycan.-2008.-7 noyabr.-S.3.