"İnternational
Herald Tribune": Azərbaycan Prezidenti Türkiyənin Qafqazda sülh səylərini dəstəkləyir
AzərTAc xəbər
verir ki, ABŞ-ın nüfuzlu "İnternational Herald Tribune" qəzetinin
5 noyabr tarixli nömrəsində Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyəyə
rəsmi səfəri
ilə bağlı
"Associated Press" agentliyinin xəbəri dərc edilmişdir.
Yazıda deyilir ki, Ankarada
səfərdə olan
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin irəli sürdüyü Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını
dəstəklədiyini bildirmişdir. Qəzet
yazır: "Türkiyə
Prezidenti Abdullah Güllə
görüşdən sonra
İlham Əliyev demişdir ki, o, Türkiyənin regiona sülh və sabitlik gətirmək istiqamətində səylərini
dəstəkləyir.
Avqustda Gürcüstan və Rusiya arasında baş verən münaqişədən sonra
Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının
yaradılması təşəbbüsü
ilə çıxış
etmişdir. Prezident Abdullah Gül hətta
xoşməramlı addım
ataraq sentyabrda Ermənistana səfər etmişdir".
Yazıda Prezident İlham Əliyevin bu bəyanatının Türkiyənin
təklifinin reallaşmasına
təkan verəcəyi
vurğulanır. Həmçinin qeyd edilir ki, bu platforma
Ermənistana və Azərbaycana Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı aralarında olan ziddiyyətləri aradan qaldırmaq üçün
yeni imkanlar yaradır.
Azərbaycan.-2008.-7
noyabr.-S.4.