Nazirlər Kabinetində görüş

 

AzərTAc xəbər verir ki, noyabrın 7-də Baş nazir Artur Rasizadə Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan hökumətinin başçısı əmin olduğunu bildirmişdir ki, qardaş ölkənin Müdafiə Nazirliyinin bu nüfuzlu nümayəndə heyətinin səfəri, aparılmış danışıqlar hərbi sahədə əməkdaşlığın genişləndirilməsi dərinləşdirilməsinə xidmət edəcəkdir. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etməsindən danışan Baş nazir qeyd etmişdir ki, dövlətimizin müstəqilliyini birinci tanımış Türkiyənin Azərbaycan Milli Ordusunun təşəkkülündə modernləşməsində köməyini ölkəmizdə yüksək qiymətləndirirlər.

Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açmış, qonaqlara milli iqtisadiyyatımızın uğurları, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji nəqliyyat layihələri barədə məlumat vermişdir.

İlkər Başbuğ bildirmişdir ki, dünyada Türkiyə Azərbaycan qədər sıx dostluq münasibətləri olan ölkə yoxdur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2008.-8 noyabr.-S.1.