İsveçrənin Sürix
şəhərindəki "Dizayn" muzeyində
"Baş-başa: siyasi
portretlər" sərgisi
açılmışdır.
Sərginin birinci hissəsində Azərbaycanın ümummilli
lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin portreti nümayiş etdirilir.
Muzeyin rəsmi internet səhifəsində
bildirilir ki, Sürix Kütləvi Kommunikasiya və Media Tədqiqatları İnstitutu
ilə birgə təşkil olunmuş sərginin ekspozisiyasında
dünyanın ən məşhur dövlət
və siyasət xadimlərinin portretləri
nümayiş etdirilir.
Sərgi 2009-cu il fevralın 22-dək
davam edəcəkdir.
Azərbaycan.- 2008.- 8 noyabr.-S.1.