Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikasında anadangəlmə qazanılmış ürək qüsurları olan uşaqların müasir üsullarla müalicəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın birinci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-8 noyabr.-S.1.