Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
səmimi təbriklərimi
qəbul edin. Azərbaycan
xalqı ölkənin idarə olunmasını yenidən Sizə
etibar etmişdir. Ümidvaram ki, Siz unudulmaz
valideyniniz Heydər Əlirza oğlu Əliyevin xəttini davam
etdirərək, Azərbaycanı bundan sonra da tərəqqi və
dinc quruculuq yolu ilə aparacaqsınız. Sizin ölkənizin xalqı Moskva Patriarxatının dini rəhbərlik etdiyi başqa xalqlarla qardaşlıq münasibətləri ilə
bağlıdır. Bu münasibətlər onların
tarixi talelərinin ümumiliyinə əsaslanır.
İnanıram ki, Siz Rus kilsəsi ilə Azərbaycanın İslam icması arasında ölkənizdə,
MDB çərçivəsində və dünyada sıx əməkdaşlığın
dəstəklənməsi xəttini
davam etdirəcəksiniz.
Sizə və Sizin şəxsinizdə
Azərbaycanın bütün
sakinlərinə aydın
səma, xoş günlər və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
II Aleksi,
Moskvanın
və bütün Rusiyanın patriarxı
Azərbaycan.-2008.-8 noyabr.-S.1.