Tarixən hər
bir xalq öz müqəddəratını, gələcək
taleyini hansısa əlverişli situasiyada yaranmış məsuliyyətli
seçim şansı əsasında müəyyənləşdirmiş,
nikbin sabahına doğru inamla irəliləmişdir. Müdrik və
uzaqgörən Azərbaycan xalqı da hər zaman gələcək
taleyi baxımından xeyirli olanı seçmiş, etibar
etdiyi rəhbərə qəlbən, ruhən inanmışdır.
Azərbaycanın çağdaş tarixinə əlamətdar
hadisələrdən biri kimi düşmüş 2008-ci ilin
15 oktyabr seçkiləri də xalqın müdrik və dəyişməz
seçiminə əsaslanmış, ölkə vətəndaşları
növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə,
təntənəsinə səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun
siyasi iradəsinə əsaslanan bu seçim eyni zamanda Azərbaycanda
davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual
yüksəlişə zəmin yaratmış siyasi kursun
alternativsizliyinin əyani təzahürünə
çevrilmişdir.
Ölkə vətəndaşlarının
15 oktyabr prezident seçkilərində tarixi seçimi
obyektiv reallıqla şərtlənmiş, Azərbaycan
xalqı onu uğurlu sabaha, təminatlı gələcəyə
aparan, hər bir fərdin maraq və mənafeyini özündə
ehtiva edən çoxşaxəli siyasətə səs
vermişdir.
Bu siyasətin son beş ildə ölkəyə
gətirdiyi dividendləri gündəlik həyatında hiss edən
Azərbaycan vətəndaşları əzmkar, vətənpərvər
fəaliyyəti ilə sınaqdan uğurla
çıxmış, etimadı doğrultmuş siyasi liderin
namizədliyini dəstəkləmişlər. Tamamilə
azad, demokratik və şəffaf şəraitdə yekunlaşan,
seçicilərin yüksək mütəşəkkilliyi ilə
müşayiət olunan bu seçkilər eyni zamanda ölkənin
demokratik inkişafında keyfiyyətcə yeni mərhələ
açmış, siyasi münasibətlər sisteminin
xarakterində pozitiv dəyişikliklərə imkan
yaratmış, bir sözlə, Azərbaycanın beynəlxalq
imicinin yüksəlməsində mühüm rol
oynamışdır.
2003-cü ilin 31
oktyabrında Vətənə və xalqa sədaqət
andı içərək səlahiyyətlərinin
icrasına başlamış dövlət
başçısı cənab İlham Əliyev ötən beş ildə respublikamızın iqtisadi
inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə,
davamlı tərəqqini təmin etmiş,
sosialyönümlü inkişaf strategiyasını həyata
keçirmişdir. Ötən 5 il ərzindəki
fəaliyyəti dövlət başçısının
verdiyi bütün vədlərin əməli fəaliyyətə
və praqmatizmə söykəndiyini, respublikanın gerçək
potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar
kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin
yaratmış, hər bir vətəndaşın həyatında
nəzərəçarpacaq irəliləyişlərə səbəb
olmuşdur. Dövlət
başçısı qısa zaman kəsiyində cəmiyyətin
alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev
siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə
xalqda qəti əminlik yaratmış, əsası
ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi
inkişaf strategiyasının ardıcıl şəkildə
və yüksək dinamizmlə həyata keçirilməsinə
əsaslı zəmin formalaşdırmışdır.
"Biz
xalqın xidmətçisiyik" - deyən Azərbaycan
Prezidenti qısa müddətdə cəmiyyətin
bütün gözləntilərini gerçəkləşdirməyə
çalışmaqla, hər bir fərdin marağına cavab
verən çevik və qətiyyətli qərarlar qəbul
etmişdir. Vətəndaş
cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən,
Avratlantik məkana inteqrasiya kursunu davam etdirən, qlobal enerji və
kommunikasiya layihələrinin mərkəzinə çevrilən,
ümumi daxili məhsulun artım dinamikasına görə
dünyanın lider dövlətləri sırasında yer
tutan müstəqil Azərbaycan bu gün bütövlükdə
Avropa məkanının enerji təhlükəsizliyində
aparıcı mövqeyə malikdir. Ulu öndər Heydər Əliyevin
müəllifi olduğu yeni neft strategiyasının məntiqi
nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin,
eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
istismara verilməsi Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki mövqelərini daha da gücləndirir, onun
xarici investisiyalar üçün açıq və cəlbedici
dövlət imicinin formalaşmasını təmin edir.
Respublikamızın sürətli tərəqqi yoluna qədəm
qoyması vətəndaşların sosial rifah halının nəzərəçarpacaq
səviyyədə yaxşılaşması, istehsal
sahibkarlığının maliyyə əsaslarının
yaradılması, çoxlu sayda iş yerinin
açılması, regionların tarazlı və sabit
inkişafı, infrastrukturun yeniləşməsi, insan
kapitalının güclənməsi kimi pozitiv nəticələrlə
əlamətdardır.
Azərbaycanın
son 5 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrdə
əldə etdiyi yüksək nəticələrin möhkəm
təməl üzərində formalaşmış
ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə
və vətəndaş sülhünə əsaslandığını
xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün
respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq,
milli barışıq mühiti demokratik inkişafın,
qanunçuluğa və hüquq qaydalarına, ədalət
meyarlarına ciddi şəkildə riayət
olunmasının, habelə sürətli iqtisadi tərəqqinin
başlıca təminatlarından biridir. İctimai-siyasi
sabitlik amili eyni zamanda mürəkkəb geosiyasi məkanda yerləşən
Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla
inkişaf edən, beynəlxalq hüquq normalarına və
prinsiplərinə hörmətlə yanaşan ölkə
imicini daha da möhkəmləndirmişdir. Hazırda respublikamızda ictimai asayişin,
qanunçuluğun və hüquq qaydalarının
etibarlı təminatı, vətəndaşların
konstitusion mənafelərinin yüksək səviyyədə
qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən
müddətdə qazandığı ən mühüm
nailiyyətlər sırasındadır.
Bu gün
qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman
islahatların və demokratik inkişafın xeyrinə işləyir. Dövlət
başçısı cənab İlham Əliyevin son 5 ildə
ölkədə siyasi barışığın, vətəndaş
həmrəyliyinin və sülhünün təmin
olunması, əksqütblü qüvvələr arasında
etimad mühitinin formalaşdırılması istiqamətində
atdığı addımlar onun ədalətli rəhbər
obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulana bilər. Prezident
İlham Əliyev yaxşı bilir ki, ölkənin
inkişafının yeganə düzgün yolu
demokratiyadır. Lakin demokratiya davamlı və
sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və
mübarizə nəticəsində təbii olaraq
reallaşmırsa, ona kənar təsirlər, modellər və
diktələr hesabına siyasi rejimlər, ideologiyalar
sırınırsa, əldə olunan "uğurlar" da
keçici mahiyyət daşıyır. Prezident
İlham Əliyevin ötən 5 ildə yeritdiyi siyasət deməyə
əsas verir ki, Azərbaycan öz inkişafının Qərb
modelini müəyyənləşdirərək demokratiyaya
doğru təkamül yolu ilə irəliləməyə
üstünlük verir.
Oktyabrın 24-də Vətənə,
dövlətə və xalqa sədaqət andı içərək
səlahiyyətlərinin icrasına başlayan cənab İlham
Əliyev son seçkilər fonunda ölkədə yeni siyasi
münasibətlər sisteminin formalaşdığını
da razılıqla qeyd etmişdir: "Bu seçkilərdə
məni dəstəkləmiş bütün siyasi qüvvələrə,
o cümlədən müxalifət nümayəndələrinə
öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və
seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin
möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri
Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda
siyasi mübarizə yalnız və yalnız sivil yollarla
aparılacaqdır. Bu fürsətdən istifadə
edərək, məni qələbə ilə təbrik
etmiş prezidentliyə digər namizədlərə,
onların göndərdikləri təbriklərə görə
öz təşəkkürümü bildirirəm".
Ötən beş ildə
ölkədə kadr siyasəti və dövlət idarəçiliyi
məsələlərində Azərbaycanın bütün vətəndaşlarının
iştirakının təmin edilməsi, müxalifətin
sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə
edilən iqtisadi nailiyyətlərdən hamının öz
bacarıq, zəhmət və əqli imkanlarına görə
bəhrələnməsi Prezident İlham Əliyevin milli həmrəyliyin
möhkəmləndirilməsi istiqamətində
atdığı addımlardandır. 5 il
müddətində cənab İlham Əliyev ümumxalq həmrəyliyinin
möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu
siyasi xətti özünün konkret addımları ilə
kamil elmi-nəzəri konsepsiya səviyyəsinə
qaldırmışdır. Buna əyani misal kimi
cənab İlham Əliyevin ötən 5 ildə 13 əfv fərmanı
imzalamasını və 2000-dən artıq məhkumu əfv
etməsini vurğulamaq olar. Bu fərmanların
hətta ağır dövləti cinayətlərdə
iştirak etmiş bir sıra məhkumlara şamil edilməsi
Azərbaycanda demokratik siyasi sistemin mövcudluğunu təsdiqləyir.
Bu məqam cənab İlham Əliyevin idarəçilik
fəlsəfəsində humanizm və insanpərvərlik
ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.
Dövlətçilik
sütunlarının kifayət qədər möhkəmlənməsinin,
iqtisadi inkişaf və demokratikləşmə prosesinin geniş
vüsət almasının məntiqi nəticəsi olaraq
Prezident İlham Əliyevin siyasətində insan amili parlaq
şəkildə önə çıxmışdır. Cənab
İlham Əliyev eynilə ulu öndər Heydər Əliyev
kimi ən çətin, ekstremal situasiyalarda yüksək iradə
və prinsipiallıq nümayiş etdirərək dövlətçiliyə
yönəlmiş qəsdləri qətiyyətlə zərərsizləşdirsə
də, liberal dəyərlərə, demokratik prinsiplərə,
insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman
qoruyub saxlamışdır. Dövlət
başçısı Azərbaycanın sosial-iqtisadi
inkişafına paralel gedən demokratikləşmə proseslərini
bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır.
Dövlət başçısının
bununla bağlı irəli sürdüyü fikirlər təkcə
Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə
qədəm qoymuş bütün müstəqil ölkələrin
gələcək inkişafının təməl prinsipi kimi
tətbiq edilə bilər. Cənab
İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, əgər
biz diqqətimizi yalnız iqtisadi məsələlərə
yönəltsək, siyasi proseslər kənarda qalsa, demokratikləşmə
getməsə, ciddi uğur qazana bilmərik. Eyni zamanda, əgər iqtisadiyyat inkişaf etməsə,
demokratikləşmə prosesi də təhlükə
altına düşər. Çünki
çoxlu sosial problemləri olan kasıb ölkədə
insanlar demokratiya, siyasi proseslər haqqında
düşünmürlər. Yalnız hərtərəfli
inkişaf Azərbaycanı yaxın zamanlarda çox
güclü dövlətə çevirə bilər.
Andiçmə mərasimindəki
dərin məzmunlu çıxışı zamanı cənab
İlham Əliyev iqtisadi inkişafla siyasi islahatların
bir-birini tamamlaması zəruriliyini növbəti dəfə
qeyd etmişdir: "Müasirləşmə, sadəcə
olaraq, infrastuktur layihələri ilə, yaxud da ki, iqtisadi
artımla ölçülmür. Eyni zamanda,
bizim siyasi sistemimiz müasirləşməli, təkmilləşməlidir.
Mən çox şadam ki, beş il ərzində
Azərbaycanda demokratiyanın inkişafı üçün,
siyasi islahatların aparılması üçün çox
gözəl şərait yaradılmış və bu istiqamətdə
çox önəmli addımlar atılmışdır. Bu yaxınlarda keçirilmiş prezident seçkiləri
bunun əyani sübutudur. Mən
şübhə etmirəm ki, bizim bu istiqamətdə siyasətimiz
bundan sonra da uğurla davam etdiriləcək və Azərbaycanın
hərtərəfli inkişafı təmin olunacaqdır...EAzərbaycanda
həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə
aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas
səbəbi məhz bundan ibarətdir. Biz
siyasi islahatları artıq yaranmış çox
güclü iqtisadi təməl üzərində qururuq.
Əgər bu iqtisadi təməl olmasa, siyasi
islahatları aparmaq o qədər də asan olmayacaqdır.
Əgər demokratik inkişaf baxımından ən
öndə gedən ölkələrin təcrübəsinə
nəzər salsaq, görərik ki, onların tam əksəriyyətində
iqtisadi inkişaf çox yüksək səviyyədədir".
Milli dövlət
quruculuğu prosesi sürətləndikcə, ictimai,
hüquqi, psixoloji mühit dəyişdikcə, ölkəmizin
dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə
sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə
dəyişir.
Bu kimi incə məqamları nəzərə alan
cənab İlham Əliyevin əsas məqsədi kəmiyyət
dəyişikliklərindən tədricən keyfiyyət dəyişikliklərinə
keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı
üçün bu iqtisadi uğurlardan bəhrələnmək
imkanı yaratmaqdan ibarətdir. Dövlət
başçısı məhz bu məqsədi əsas tutaraq
ötən beş ildə regionların
tarazlı və davamlı inkişafı, infrastrukturun
inkişafı, yeni iş yerlərinin açılması,
sosialyönümlü tədbirlərin genişləndirilməsi,
bir sözlə, vətəndaşların firavan
yaşayışının təmin olunması
üçün bütün zəruri tədbirləri həyata
keçirmişdir. Azərbaycanın ümumi
daxili məhsulun artım tempinə görə 2008-ci ildə də
dünyanın lider dövləti olaraq qalması, yüksək
makroiqtisadi göstəricilərə nail olması cənab
İlham Əliyevin ötən müddətdə müəyyənləşdirdiyi
iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini və
respublikanın mövcud potensialı ilə tam
uzlaşdığını göstərir. Ötən
5 ildə Azərbaycanın dövlət büdcəsinin 10 dəfə
yüksəlməsi, yalnız hərbi xərclərin - təcavüzkar
Ermənistanın bütövlükdə dövlət
büdcəsinə çatması həyata keçirilən
siyasətin uğurları barədə dolğun təsəvvür
yaradır.
Azərbaycan
Prezidentinin xarici siyasət kursu müstəqil dövlətimizin
milli mənafelərinə hörmətlə yanaşan
bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə
əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi
müstəvisi üzərində qurulmuşdur. Avrora ailəsinə
inteqrasiya edən Azərbaycan bütün liberal dəyərləri
mənimsəmiş, insan hüquq və
azadlıqlarının təminatı, demokratikləşmə
sahəsində mühüm uğurlara imza atmışdır.
Son beş ildə Avrora Şurası qarşısında
götürülən öhdəliklərin yerinə yetirilməsi
prosesi başa çatmış, ölkəmiz Avrora Birliyinin
"Üeni Qonşuluq Siyasəti" rroqramına, habelə
NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət
planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın
standartlarına uyğunlaşdırmaq istiqamətində
mühüm addımlar atmışdır.
Dövlət
başçısı andiçmə mərasimində ötən
müddətdə Azərbaycanın beynəlxalq əməkdaşlığında
keyfiyyətcə yeni mərhələnin
yarandığını, ölkəmizin yeni müttəfiqlər
qazandığını, dünya miqyasında nüfuz və
mövqelərini gücləndirdiyini də xüsusi diqqətə
çəkmişdir: "Biz son beş il ərzində
dünyada daha çox müttəfiq ölkələr
qazanmışıq. Bir neçə ölkələrlə
bizim münasibətlərimiz yeni pilləyə, strateji tərəfdaşlıq
pilləsinə qalxıbdır. İkitərəfli
münasibətlərimiz çox uğurludur. Biz bütün ölkələrlə dostluq
münasibətlərinin davam etdirilməsində
maraqlıyıq. Bu münasibətlər bərabər
hüquqludur, hər iki tərəfin maraqlarına xidmət
göstərməlidir və göstərir. Bununla bərabər, beynəlxalq təşkilatlarla əməkdaşlığımız
daha da dərinləşib, Azərbaycan üzv olduğumuz beynəlxalq
təşkilatlarda çox fəal iştirak edib və beləliklə,
beynəlxalq mövqelərimiz də möhkəmlənibdir.
Bizim fəallığımız beynəlxalq təşkilatlarda
mövqeyimizin güclənməsinə, bizim maraqlarımıza
cavab verən qərarların qəbul edilməsinə gətirib
çıxarıbdır. Mən
şübhə etmirəm ki, növbəti illərdə də
bizim xarici siyasətimiz çox çevik, çox məqsədyönlü
olacaq və bunun nəticəsində Azərbaycanın beynəlxalq
mövqeləri daha da möhkəmlənəcəkdir".
Dövlət başçısının iyunun
26-da keçirilmiş möhtəşəm hərbi paradda bəyan
etdiyi kimi, bu gün Azərbaycan Ordusu regionun ən
güclü, təminatlı, modern ordusudur.
Milli Ordunun
müdafiə qüdrətinin və döyüş qabiliyyətinin
artırılması, maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi
qulluqçuların sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi cənab İlham Əliyevin xüsusi
diqqət mərkəzindədir. Ali Baş Komandan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinin mümkün olmayacağı təqdirdə, xalqın
öz torpaqlarını azad etmək üçün silaha
sarılacağını gizlətmir və Silahlı Qüvvələrin
buna tam qadir olduğunu bəyan edir. Milli Orduya
dövlət büdcəsindən ayrılan vəsaitlərin
həcmi ildən-ilə artırılır və bu da paralel
olaraq maddi-texniki təminatın, döyüş əhval-ruhiyyəsinin,
nizam-intizamın güclənməsinə səbəb olur.
2008-ci ildə ordu quruculuğuna dövlət
büdcəsindən ayrılmış vəsaitlərin həcmi
əhəmiyyətli dərəcədə artaraq 1 milyard 600
milyon manata çatmışdır. Nəzərə
alsaq ki, 5 il əvvəl Silahlı Qüvvələrimizin
büdcəsi cəmi 150 milyon dollar təşkil edirdi,
inkişafın miqyası barədə daha əyani təsəvvür
yaranar.
Azərbaycan Prezidentinin elmi əsaslara
söykənən sosial-iqtisadi siyasəti nəticəsində
2003-cü ilin sonlarından bəri respublikada 740 minə
yaxın yeni iş yeri açılmış, yüzlərlə
təhsil, səhiyyə, mədəniyyət obyektləri
tikilmiş, yoxsulluq həddi 49 faizdən 15,7 faizə enmiş,
əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi
üçün real resursların dayanıqlı mənbəyi
yaradılmışdır. Şübhəsiz,
bütün bunlar ölkə Prezidentinin bölgələrə
səfərləri zamanı vəziyyətin təhlili əsasında
iqtisadiyyatın inkişafı üçün rrioritet sahələrin
müəyyənləşdirilməsinin, tarazlı və
davamlı regional tərəqqini təmin edən fundamental
dövlət rroqramlarının təsdiqinə dair fərman
və sərəncamlarının, eləcə də
onların həyata keçirilməsi istiqamətindəki əzmkar
zəhmətinin bəhrəsidir.
Azərbaycan
Prezidentinin fəaliyyətinin təqdirəlayiq məqamlarından
biri də məhz imzaladığı hər bir fərman və
sərəncamın icrasını şəxsi nəzarətdə
saxlaması, bütün məsələlərə xüsusi
tələbkarlıqla yanaşmasıdır. Cənab
İlham Əliyevin sosial məsuliyyət prinsipinə ciddiliklə
riayət edərək fəaliyyəti ilə bağlı
vaxtaşırı xalq qarşısında hesabat verməsi
onun müstəqil dövlətçilik tariximizdə əsasını
qoyğudu xoş ənənələrdən birinə
çevrilmişdir. Nazirlər Kabinetinin hələ
2003-cü il noyabrın 17-də
keçirilmiş ilk iclasında xalqa layiqli xidməti hökumət
üzvləri qarşısında əsas tələb, vəzifə
kimi müəyyənləşdirən dövlət
başçısının irəli sürdüyü bu
prinsip hər zaman qüvvədədir. Cənab
İlham Əliyev komandanın hər hansı
üzvünün tutduğu vəzifəyə nə dərəcədə
layiqliyini onun xalqa göstərdiyi xidmətlə müəyyənləşdirir.
Nazirlər Kabinetinin hər rübdə müntəzəm
olaraq keçirilən iclaslarında hər rüb
üçün görülmüş işlər,
qarşıda duran vəzifələr barədə ictimaiyyətə
hərtərəfli, dolğun məlumat verilir.
İnkişaf
etmiş ölkələrin təcrübəsindən məlumdur
ki, təhsil insanın istedadının, intellektinin üzə
çıxmasına kömək edən ən mühüm
vasitədir və cəmiyyətin inkişafının
özülünü təşkil edir. Bu baxımdan
Azərbaycanda da təhsil sisteminin dünya standartları səviyyəsinə
çatdırılması son dərəcə vacibdir. Təhsil hər bir ölkədə nəinki
sosial-iqtisadi, mədəni inkişafa nail olunmasında, həmçinin
təhlükəsizliyin təmin edilməsində, cəmiyyətin
gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
və proqnozlaşdırılmasında mühüm yer tutan
yaradıcı fəaliyyət sahəsidir. Prezident
İlham Əliyev çıxışlarında daim xüsusi
vurğulayır ki, müasir qloballaşma əsrində Azərbaycanda
milli tərəqqinin yeganə yolu elm və təhsilin,
müasir biliklərin, intellektual əməyin
inkişafından, habelə kompüter və informasiya
texnologiyalarının bütün idarəetmə səviyyələrində
geniş tətbiqindən keçir. Dövlət
başçısı elm və təhsilə
qayğını, bu sahədə özünü göstərən
bir sıra problemlərin həllini hökumət
qarşısında mühüm vəzifələrdən biri
kimi müəyyənləşdirmişdir.
Cənab İlham Əliyev
ötən 5 ildə milli ənənələri qorumaqla,
Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi,
inkişaf etmiş dövlətlərin bu sahədəki
qabaqcıl təcrübəsinin mənimsənilərək
yayılması, ümumtəhsil məktəblərində,
ali təhsil müəssisələrində kompüter və
informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə
xidmət edən kompleks tədbirlər həyata
keçirmişdir. Azərbaycan Prezidentinin bu sahəyə
xüsusi diqqətlə yanaşması həm də
respublikamızın sürətli iqtisadi inkişaf yolunda
olması, geniş maliyyə imkanları qazanması ilə
şərtlənir. Belə mühüm mərhələdə
mövcud uğurların qorunub saxlanılması
üçün idarəçilikdə yüksək
elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə
vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev
andiçmə mərasimində strateji sahə olan elm və təhsilə
bundan sonra da lazımi diqqət və qayğının
göstəriləcəyini vurğulamışdır:
"Son beş il ərzində Azərbaycanda
1600 yeni məktəb tikilibdir. 1600 məktəb! Yüzlərlə məktəb təmir olunubdur.
Bütövlükdə, Azərbaycanda 4500 məktəb
var. Yararsız vəziyyətdə olan məktəblər
söküldü, onların yerinə ən müasir
standartlara cavab verən məktəblər tikilibdir. Bütün məktəblərdə kompüterləşmə
prosesi aparılır və bütün məktəblər
internetə qoşulur. Əgər beş il bundan əvvəl
1000 şagirdə 1 kompüter düşürdüsə, indi
29 şagirdə 1 kompüter düşür. Bax,
budur, bizim gələcəyimiz. Bizim gənc
nəslimiz bilikli, savadlı olmalıdır, vətənpərvərlik
ruhunda tərbiyə edilməlidir. Azərbaycanın
gələcəyi üçün hazırlıqlı,
peşəkar, Vətəni sevən, Vətənə
bağlı olan kadrların hazırlanması bizim
üçün prioritet məsələdir".
Bütün
bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin
dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin
davamı, üstəlik mütərəqqi inkişaf meyillərinin
gücləndirilməsi ideyası üstünlük təşkil
edir. Üstünlüyü, obyektiv xarakteri və
alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə
olduğu illər ərzində dəfələrlə öz
təsdiqini tapmış bu siyasi kursun
davamlığının təmin olunması Azərbaycanın
dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli
yüksəlişinə ən etibarlı təminatdır.
Ölkənin elm və təhsil ictimaiyyəti
ürəkdən inanır ki, xalqın böyük
etimadını qazanaraq növbəti dəfə Azərbaycan
Prezidenti seçilmiş cənab İlham Əliyev
respublikamızı dinamik iqtisadi inkişaf və yüksəlişə
aparan strateji siyasi kursu bundan sonra da inamla davam etdirəcəkdir.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
rektoru,
əməkdar elm xadimi, professor
Azərbaycan.-2008.-8 noyabr.-S.3.