Noyabrın 7-də Milli Məclisin Sosial siyasət, İnsan hüquqları və İqtisadi siyasət daimi komissiyalarının birgə
iclasında "Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında"
qanun layihəsi müzakirə olunmuşdur.
Sosial siyasət daimi komissiyasının sədri
Hadi Rəcəbli əvvəlcə ölkədə
həyata keçirilən
sosial islahatlardan danışmış, ölkənin
dövlət büdcəsinin,
o cümlədən Dövlət
Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin
ilbəil artdığını
vurğulamışdır.
Sonra DSMF-nin sədri Səlim Müslümov fondun büdcəsinin cari il üzrə
icra vəziyyəti barədə məlumat vermişdir. O demişdir ki, 2008-ci ilin yanvar-sentyabr aylarında əhalinin pul gəlirləri keçən
ilin müvafiq dövrü ilə müqayisədə 35,6 faiz, adambaşına düşən gəlirlər
34,1 faiz, pensiyaya hesablanmış orta aylıq əməkhaqqı
23,1 faiz, əmək pensiyalarının orta aylıq məbləği
isə 62,5 faiz artmışdır. Ölkədə
həyata keçirilən
islahatların tərkib
hissəsi kimi sığorta-pensiya sisteminin
yenidən qurulması
və davamlı inkişafa nail olunması,
habelə əmək pensiyaçılarının sosial
müdafiəsinin gücləndirilməsi
cari ilin ötən dövründə
uğurla davam etdirilmişdir. 2008-ci ilin ötən dövründə
DSMF-nin gəlirlərinin
icrası 1 milyard 74 milyon manat təşkil
etmişdir ki, bu da keçən
ilin müvafiq dövrünə nisbətən
280 milyon manat və ya 35 faiz
çoxdur. Gəlir proqnozu qeyri-büdcə təşkilatlarının məcburi
dövlət sosial sığorta haqları üzrə 100,1 faiz icra olunmuşdur.
2008-ci ilin yanvar-oktyabr
aylarında məcburi
dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə
nisbətən 34 faiz və ya 184 milyon manat artaraq
717 milyon manata çatmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədikləri sosial sığorta haqları ötən on ayda keçən ilin müvafiq dövrünə
nisbətən 79 faiz,
torpaq mülkiyyətçilərinin
ödədikləri sosial
sığorta haqları
isə 81 faiz artmışdır. Yeni
iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti
subyektlərinin "bir
pəncərə" sistemində
qeydiyyatının təşkili
cari ilin on ayında qeydə alınan sığorta olunanların sayını
sürətlə artırmışdır.
Belə ki, 2008-ci il iyulun
1-nə qeydə alınan
sığorta olunanların
sayı keçən
ilin müvafiq dövrünə nisbətən
135 min nəfər artmışdır.
Hazırda bütün sığorta
olunanların sayı
1 milyon 800 min nəfərdən
çoxdur.
Dövlət büdcəsindən transfert
proqnozla nəzərdə
tutulmuş həcmdə,
yəni 356 milyon manat məbləğində
DSMF-nin hesabına köçürülmüşdür. Daxilolmaların səviyyəsi pensiyaların
və müavinətlərin
vaxtında maliyyələşdirilməsinə
imkan vermişdir.
2008-ci ilin on ayında
Fondun xərcləri 1
milyard 108 milyon manat təşkil etmişdir. Pensiya və müavinətlərin
maliyyələşdirilməsinə 1 milyard 173 milyon manat vəsait yönəldilmişdir ki,
bu da keçən
ilin müvafiq dövrünə nisbətən
283 milyon manat çoxdur.
Əhalidən ödənişlər üzrə
xərclərin 97 faizini
və ya 1 milyard 46 milyon manatını pensiya xərcləri təşkil
etmişdir.
İl ərzində
yaşa görə əmək pensiyalarının
baza hissəsi 50 faiz artırılmış,
sığorta hissəsi
isə 16,7 faiz səviyyəsində indeksləşdirilmişdir.
2008-ci il
oktyabrın 1-nə əmək
pensiyaçılarının sayı keçən ilin müvafiq dövrünə nisbətən
24 min nəfər artaraq,
1 milyon 266 min nəfərə
çatmışdır. Həmin
tarixə bir pensiyaçıya düşən
əmək pensiyasının
orta aylıq məbləği 95,2 manat olmuşdur. Bu, ilin əvvəlinə nisbətən 32,3 manat çoxdur.
Hazırda son iki ayın tələbatına
uyğun maliyyə vəsaitlərinin formalaşdırılması
və fondun 2008-ci il büdcəsinin
vaxtında uğurla icrası üçün
lazımi tədbirlər
görülür.
S.Müslümov bildirmişdir
ki, 2009-cu ilin büdcəsi tərtib olunarkən cari ilin büdcəsinin gözlənilən icrasının
vəziyyəti, növbəti
il üçün ölkənin makroiqtisadi siyasəti, dövlət büdcəsinin əmək
ödənişləri xərclərini
nəzərdə tutan
parametrləri, əməkhaqqı
və məşğulluq
siyasəti tədbirləri,
demoqrafik dəyişikliklər,
eləcə də sığorta pensiya siyasətinin başlıca
istiqamətləri nəzərə
alınmışdır.
Fondun sədri
demişdir ki, DSMF-nin 2009-cu il büdcəsinin gəlir və xərcləri 1 milyard 775 milyon 550 min manat proqnozlaşdırılmışdır.
Bu da cari ilin büdcəsinə nisbətən 26,3 faiz çoxdur. Gələn il
əmək pensiyaçılarının
orta statistik sayının 1 milyon 290 min
nəfər olacağı
proqnozlaşdırılır. Əmək pensiyalarının
baza hissəsinin maliyyələşdirilməsi üçün
1 milyard 210 milyon manat, sığorta hissəsinin maliyyələşdirilməsi
üçün 450 min manat
vəsait ayrılması
nəzərdə tutulmuşdur.
Qanun layihəsinin müzakirəsində çıxış
edən Milli Məclis Sədrinin müavini Bahar Muradova, komissiya sədrləri Rəbiyyət
Aslanova, Hadi Rəcəbli, digər deputatlar və müvafiq qurumların nümayəndələri rəy
və təkliflərini
bildirmişlər.
Sonda qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə
tövsiyə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2008.-8
noyabr.-S.2.