Heydər Əliyev Fondu Tovuzda daha bir layihə həyata keçirmişdir
Noyabrın 7-də Tovuz rayonundakı N
saylı hərbi hissədə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən layihənin təqdimatı olmuşdur.
Mərasimdə hərbi
hissənin heyətinə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə nəşr
olunmuş "Hərbçilərin Qeyd və Yaddaş
kitabçası", təlim plakatları və 20 ədəd
rəngli televizor hədiyyə olunmuşdur.
Mərasimdə Heydər
Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov, Milli Məclisin deputatı Qənirə
Paşayeva, Ordudan Təxris Olunmuş Gənclərin Maarifləndirmə
Birliyində Əsgər Anaları Şurasının sədri
Leyla Gərayzadə çıxış etmişlər.
Çıxışlarda Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən layihələrdən
söhbət açılmış, respublikamızda tikilən
çoxsaylı məktəb binalarından, digər obyektlərdən
danışılmışdır. Qeyd olunmuşdur ki,
Heydər Əliyev Fondu respublikamızın hüdudlarından
kənarda da layihələr həyata keçirir və
artıq bir neçə ölkədə fondun filialları fəaliyyət
göstərir.
Yığıncaqda hərbi hissənin
komandiri, polkovnik-leytenant Nəsib Ramazanov əsgərlərə
göstərilən diqqət və qayğıya görə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
hərbçilər adından minnətdarlığını
bildirmişdir.
Komandir demişdir ki, həyata keçirilən
layihə hərbi biliklərə yiyələnmək işində
böyük rol oynayacaqdır.
Mərasimdən sonra qonaqlar cəbhə bölgəsində qulluq
edən əsgərlərlə də
görüşmüş və onların şəraitləri
ilə
AzərTAc
Azərbaycan.-2008.-8 noyabr.-S.2.