Yaxın 3 ildə Azərbaycanda 45 körpünün tikintisi planlaşdırılır
Yaxın 3 il ərzində ölkədə 45 avtomobil
körpüsünün inşası
nəzərdə tutulur.
Nəqliyyat Nazirliyinə istinadən
APA-Ekonomiks agentliyinin yaydığı xəbərə
görə, hazırda
regionlarda 5 belə körpünün tikintisi
aparılır. Bakıda isə 2011-ci iləcən
30 piyada keçidinin və 14 yol qovşağının inşası
planlaşdırılır. Paytaxtda həmçinin 7 çoxmərtəbəli
avtomobil dayanacağının
və 96 kilometr yeni yolun inşası
nəzərdə tutulur.
Məlumat üçün bildirək
ki, Nəqliyyat Nazirliyi ümumi istifadədə olan 22 min
134 kilometr yola xidmət edir. Bunun 1
min 684 kilometri beynəlxalq
magistral, 2 min 669 kilometri
respublika, 13 min kilometri
yerli əhəmiyyətli
yollardır. Bakının
ərazisinə düşən
yolların uzunluğu
1,5 min, ölkənin digər rayon və şəhərlərindəki yolların
uzunluğu isə 3,3
min kilometrdir. Bütünlükdə
Azərbaycanda 1201 avtomobil
körpüsü var.
"Azərbaycan"
Azərbaycan.-2008.- 8 noyabr.-S.4.