Həmyerlimiz Şahnaz
Şahbazova ötən
il Fulbright proqramını qazanaraq bir müddət ABŞ-ın Kaliforniya ştatının Berkeley Universitetində
professor Lütfi Zadənin
rəhbərliyi ilə
çox gərəkli
elmi-tədqiqat işi
aparmışdır. Şahnaz xanım
on ay Lütfi Zadənin
köməyi nəticəsində
Amerika alimləri ilə birgə çalışaraq səmərəli
nəticələr əldə
etmişdir. Onun söylədiyinə
görə, əldə
olunan nəticələr
gələcəkdə həm
də təhsilin keyfiyyətinə xidmət
edəcəkdir.
YUNESKO Beynəlxalq
Kadrlar Akademiyasının
fəxri texnika elmləri fəlsəfə
doktoru fəxri adına layiq
görülmüş Şahnaz
Şahbazova həm də Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının
həqiqi üzvü seçilib. 80 elmi məqalənin, 8 metodik göstərişin, 6 dərs
vəsaitinin, 1 monoqrafiyanın
müəllifi olan həmyerlimiz həm də Beynəlxalq Qadınlar Klubunun üzvüdür.
Şahnaz xanımla bu günlərdə redaksiyamızda
görüşdük. Bildirdi ki,
Amerikada olarkən qəzetimizi müntəzəm
olaraq internet vasitəsilə
izləyirmiş. Söylədiyinə görə, mətbuatda Lütfi Zadə ilə bağlı yazıları oxuyaraq dünya şöhrətli
alimə məlumat verirmiş. Əlbəttə, o, Lütfi Zadə
ilə görüşə
qədər bir alim kimi böyük
uğurlar qazanmış,
özünü elmdə
təsdiqləmişdir. O, bir neçə dəfə xarici ölkələrdə proqram
təminat kursu keçmiş, elmi-tədqiqat
işləri aparmışdır.
Hindistanda, Almaniyada, Kaliforniyada, eləcə də başqa ölkələrdə fəaliyyət
göstərən texniki
universitetlərdə həmyerlimizi
yaxşı tanıyırlar.
Xüsusilə də, 1999-2003-cü illərdə Almaniyanın
Zigen Universitetində çalışdığı illər daha unudulmaz olmuşdur.
Şahnaz xanım söyləyir ki, dünya şöhrətli alim Lütfi Zadə ilə ilk tanışlığı
da məhz 2000-ci ildə Almaniyanın Zigen Universitetində keçirilən beynəlxalq
konfransda olmuşdur. O görüşə
qədər Şahnaz
xanım dünyada böyük nüfuz qazanmış azərbaycanlı
alimi ancaq qiyabi tanıyırdı. Həmin konfransda fəxri məruzəçi Lütfi
Zadə olub. Azərbaycanlı qadın alimin
konfransda ilk çıxışı
Lütfi Zadənin diqqətini çəkib.
Elə həmin elmi tədbirdə Lütfi Zadə Şahnaz xanımın çıxışını yüksək qiymətləndirərək
onun əlini sıxıb və deyib: "Siz çox ağıllı və eleqant xanımsınız, sizə
uğurlar arzulayıram".
Həqiqətən də Lütfi
Zadənin bu xeyir-duası çox düşərli olub.
Demək olar ki, onlar hər
il beynəlxalq
konfranslarda görüşərək
fikir mübadiləsi aparıblar. Hər görüşdə Şahnaz xanım tədqiqat işlərinin
nəticələri barədə
Lütfi Zadəyə
məlumat verərək
ondan məsləhətlər
alırmış. Şahnaz xanımın
fikrincə, Lütfi Zadəni sadəcə görməyin özü bir xoşbəxtlikdir.
Çünki şöhrəti dünyanı dolaşan soydaşımız elmin elə bir zirvəsində
dayanıb ki, ona planetin bütün
elm adamları həsəd
apararaq qibtə edirlər.
Xoşbəxtlikdən nəinki
Lütfi Zadə ilə
Hər iki soydaşımızın
ABŞ-da görüşü
çox təsirli olmuşdur. Şahnaz xanım həmin məqamı həyəcanla
xatırlayır: "Lütfi
Zadə məni onun rəhbərliyi ilə tədqiqat aparacaq bir alim
kimi yox, uzun illər ayrı düşdüyü
əzizi, doğma övladı kimi qarşıladı. Məni
öz BİSC qrupunun üzvləri, həmkarları,
tələbələri ilə
böyük fəxrlə,
qürurla
Yaşının çox olmasına
baxmayaraq Lütfi Zadə bütün işlərdə Şahnazın
yardımçısı olmaqda,
ona kömək etməkdə, məişət
qayğılarını yüngülləşdirməkdə,
mənzil tapmaqla əsl Vətən övladı kimi, böyük qardaş timsalında fəaliyyət
göstərirdi.
Berkeley Universitetində ən uğurlu seminar məhz Lütfi Zadənin rəhbərlik etdiyi
seminar sayılır. Həmin
seminara dünyanın
hər yerindən məşhur alimlər gələrək çıxışlar
edir, öz elmi nəticələrini həmyerlimizə çatdırırdılar.
Həftədə bir dəfə olan bu seminarda Azərbaycandan
iştirak edən yeganə alim məhz Şahnaz Şahbazova idi. Hər dəfə də Lütfi Zadə bunu xüsusi qeyd edir, Şahnazın
uğurlarından danışmaqdan
zövq alırdı.
Professor Lütfi
Zadə Şahnaz Şahbazovanı təkcə
Berkeley Universitetində deyil,
o cümlədən Los Anceles,
San-Dieqo, San-Xose, San-Fransisko, Devic və digər yerlərə dəvət
edərək orada keçirilən tədbirlərdə
iştirakına şərait
yaradırdı. Bu müddət
ərzində azərbaycanlı
alim Amerikanın nüfuzlu alimləri ilə birgə həm ingilis dilini yaxşı mənimsəmiş, həm
də müxtəlif intellektual sistemlər, şəbəkələr, proqramlaşdırma
ilə bağlı mühazirə, laboratoriya,
eləcə də seminarların təşkili
ilə
Həmişə elmi ezamiyyətlərdə
olan Lütfi Zadə müxtəlif konfranslarda, simpoziumlarda iştirak edərək dünya alimləri ilə bir yerdə
işləməkdən məmnun
olur. Şahnaz xanımın
sözlərinə görə,
elmə varlığı
qədər bağlı
olan Lütfi Zadə evdə olanda ömür-gün yoldaşı Faina xanımı da bu işə cəlb edirdi. O, adicə həyat yoldaşı yox, Lütfi Zadənin elmin çətin və şərəfli yollarında mətin addımlaması üçün
ən yaxın köməkçisidir.
Lütfi Zadənin insani keyfiyyətlərindən ürəkdolusu
danışan Şahnaz
xanım bildirir ki, o tələbələrinə
qarşı çox həssas və səxavətlidir. Bəzən onları kafeyə
çağıraraq həm
qəhvəyə qonaq
edir, həm də elmi fikirləri
müzakirəyə çəkir.
On ay dünya şöhrətli
alimlə bir yerdə çalışmaq
Şahnaz xanımın
təkcə elmi biliklərini, məlumatlarını
zənginləşdirməyib. Həm də ondan insani
məziyyətlər öyrənib.
"Mən bu şəxsiyyətdən səmimiliyin,
ziyalılığın sirlərini
əxz etdim. Heç vaxt ağlıma gətirməzdim
ki, uzun illər Amerikada yaşayan, bütün dünyanın tanıdığı
bu böyük alim Azərbaycanı bu qədər ürəkdən sevər,
haqqında müntəzəm
düşünə bilər.
Demək olar ki, hər gün
məndən xahiş
edirdi ki, ona məhz Azərbaycan
haqqında danışım,
o problemlərlə çox
maraqlanırdı. Ən
böyük arzusu xarici ölkələrdə
çalışan, oxuyan
azərbaycanlıların mütləq
Vətənə xidmət
etməsidir. Azərbaycan
sözünü çox
işlətməkdən sanki
mənəvi rahatlıq
tapırdı. O, bəşəri
insandır. Bütün
alimlərə, bütün
elm adamlarına xüsusi
hörməti, ehtiramı
var. Bununla belə mən açıqca duyurdum ki, bu
alimlər ordusunun, həmkarlarının içində
ona ən yaxın adam mən idim. Bunu sifətindəki mülayimlikdən, baxışlarındakı
istilikdən, bir sözlə münasibətindən
hiss edirdim. Çalışırdı
ki, elmi nəticələrimin yekunu
olaraq hazırladığım
məqalələr Amerikanın
nüfuzlu jurnallarında
işıq üzü
görsün. Ondan öyrənmək istəyənlər,
tələbələri çoxdur.
Nəhəng universitetlərin,
elmi-tədqiqat mərkəzlərinin
bəlkə də görə bilməyəcəyi
işləri Lütfi
Zadə təkbaşına
həyata keçirir.
Bu səbəbdən də
ona "yeriyən akademiya" - desək, yanılmarıq. Bu akademiyanın
bütün üzvlərinə
o, eyni gözlə baxsa da, mənə
diqqəti daha artıq idi. Çünki mən onun Vətənindən gəlmiş
yeganə nümayəndə
idim" - deyə Şahnaz xanım Lütfi Zadə ilə birlikdə çəkdirdiyi şəkilləri
bizə göstərdi.
Lütfi Zadə fenomeni haqqında düşünənlər
də çoxdur, yazanlar da. O, bir
elm dəryası kimi uzaq Amerikada çağlayaraq şöhrət
zirvəsinə çatmışdır.
Onun çeşməsindən
bəhrələnənlər çoxdur. Bəlkə də, Şahnaz Şahbazova o nur selindən elə bir enerji, qüdrət
alaraq Vətənə
dönüb ki, əxz etdiyi bilikləri, öyrəndiyi
təcrübəni, əldə
olunan uğurlu nəticələri doğma
yurdda həyata keçirə bilsin. Bu çox şərəfli
missiyadır. Yerinə
yetiriləcəyinə əminik.
Çünki Şahnaz xanımın
təbirincə desək,
o hər bir elmi uğuruna, nailiyyətinə görə
hesabat verəcəyi böyük ziyalını
- Lütfi Zadəni Bakıda gözləyir.
Flora XƏLİLZADƏ,
"Azərbaycan"
Azərbaycan.-2008.-8 noyabr.-S.6.