Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Dmitri Medvedevə
Vladiqafqazda törədilmiş terror aktı
nəticəsində insanların
həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına səmimi başsağlığı
verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
8 noyabr 2008-ci il
Azərbaycan.- 2008. -9 noyabr.-S.1.