AzərTAc xəbər
verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu məsələləri daimi komissiyasının sədri
Əli Hüseynov və komissiyanın sədr müavini
Rövşən Rzayev Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
Cənubi Qafqaz ölkələri parlamentlərinin hüquq
siyasəti komissiyalarının rəhbərləri
üçün təşkil etdiyi konfransda iştirak etmək
üçün noyabrın 9-dan 14-dək Berlində səfərdə
olacaqlar.
Milli Məclisin
mətbuat xidmətindən bildirmişlər
ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin
"Cənubi Qafqazda hüquqi islahatlar" layihəsi çərçivəsində
keçiriləcək tədbirdə qanunvericilik prosesi,
hüquqi dövlət quruculuğu, qanun
yaradıcılığı işində lobbilərin fəaliyyəti
və qrup maraqları, Almaniya Federativ Respublikasının Cənubi
Qafqaz ölkələri ilə münasibətləri və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılacaqdır.
Səfər çərçivəsində Milli Məclis deputatlarının Almaniya-Cənubi
Qafqaz parlament dostluq qrupunun üzvləri ilə
görüşü də nəzərdə tutulmuşdur.
Azərbaycan.-2008.-9 noyabr.-S.2.