Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
AzərTAc xəbər
verir ki, noyabrın 8-də Bakı şəhərinin
rayonlarında əvvəlcədən müəyyən
olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının
növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər
əhalisinin kənd təsərrüfatı məhsullarına
tələbatını ödəmək məqsədi ilə
keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən
meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
"Təzə bazar" MMC-nin həyətindəki yarmarkada
alıcılara Sabirabad, Zərdab, Gədəbəy və digər
rayonlardan gətirilmiş 23 tondan çox müxtəlif
çeşidli kənd təsərrüfatı məhsulları
təklif olunurdu.
Mövsümlə əlaqədar məhsulların
çeşidi dəyişmişdi. Əvvəllər xiyar, pomidor, armud,
üzüm və s. üstünlük təşkil edirdisə,
indi kələm, xurma, heyva, əzgil, feyxoa, portağal, qaragilə
və başqa məhsullar daha boldur. Sahibkarların
dediyinə görə, alıcıların təkliflərini
nəzərə alır, yarmarkaya daha çox ehtiyac duyulan məhsul
çıxarırlar.
Evdar qadın Nərgiz
Hüseynova deyir ki, birinci dəfədir buraya gəlirəm. Kiloqramı 40 qəpikdən
Metronun "Əhmədli" stansiyasının
yaxınlığında, "Azər" ticarət mərkəzində
təşkil edilmiş yarmarkada sakinlərə Salyan, Kürdəmir,
Quba, Şəmkir, Ağcabədi, Biləsuvar və Qəbələ
rayonlarından gətirilmiş 285 tondan çox kənd təsərrüfatı
məhsulu - nar, alma, xurma, kartof, arıçılıq və
heyvandarlıq məhsulları təklif olunurdu. Keyfiyyəti
ilə diqqəti cəlb edən məhsullar alıcılara
bazardakından 20-25 faiz ucuz satılırdı.
Suraxanıda "Günəş" ticarət
mərkəzindəki yarmarkada Balakən, Gədəbəy,
Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının
fermərləri satışa 66 ton məhsul
çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin
nümayəndəsi Mustafa Rüstəmovun sözlərinə
görə, məhsulların çeşidi
artırılmışdır. Qiyməti isə
bazardakından 30-35 faizə qədər ucuzdur. Alıcılar məhsulun qiymətindən və
keyfiyyətindən razıdırlar.
"Suraxanı Maşınqayırma
Zavodu" Açıq Törəmə Səhmdar
Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad
rayonunun fermerleri isə alıcılara 11 tondan çox məhsul
təklif edirdilər.
A.Şərifzadə küçəsində,
metronun "İnşaatçılar" stansiyasının
yaxınlığındakı yarmarkada satışa Salyan,
Qusar, Quba, Xaçmaz və digər rayonlardan gətirilmiş
73 tondan çox məhsul çıxarılmışdı. Burada
qızğın alış-veriş gedirdi. Paytaxt sakinləri
Kürdəmir narını, Göyçay xurmasını,
Daşkəsən kartofu, yağı, balı
və pendirini həvəslə alırdılar.
Məhsulların qiymətlərindən və
keyfiyyətindən razılıq edən alıcılar ailə
büdcəsinə xeyli qənaət etməyə imkan verən
yarmarkaların müntəzəm keçirilməsini alqışlayırdılar.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin
yaxınlığındakı yarmarkada Salyan, Ağdaş,
Masallı və digər rayonlardan gətirilmiş 20 tondan
çox məhsul satılırdı.
Qəsəbə sakini Azər Muradov məmnunluqla
söylədi ki, artıq bazarın yolunu unutmuşuq. Həftənin
sonunu səbirsizliklə gözləyirik. Ailəmizin
meyvə-tərəvəzə tələbatını buradan
ödəyir, qış tədarükümüzü buradan
görürük. Bu, ailə büdcəmiz
üçün də sərfəlidir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada alıcılara Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri 48,5 ton kənd təsərrüfatı məhsulları təklif edirdilər. Tərtərli Ramin Abbasovun dediyinə görə, öz təsərrüfatından 2 tona yaxın meyvə-tərəvəz gətirmişdir, alıcıların arasında dostları çoxdur. Onlara xidmət etməkdən qürur duyur.
Azərbaycan.- 2008.- 9 noyabr.-S.3.