Bakı gözəl şəhərdir. Paytaxtımızın şərəfinə neçə-neçə
mahnılar qoşulmuş,
şair və yazıçılarımız öz yaradıcılıqlarında
bu şəhərin əsrarəngiz gözəlliklərini
vəsf etmişdilər.
Tarixi qədim, üslubu milli olan memarlıq
abidələri isə
şəhərimizin bugünkü
görkəmini daha da gözəlləşdirir.
Dünyanın az şəhərləri
var ki, onların
billur gecələri gündüzləri kimi gözəl olur. Tarixə varsaq, hələ əsrin əvvələrində
şəhərimizin gecələrini
başqa şəhərlər
ilə müqayisə
edənlər heç
də səhv etməyiblər. Bu gün işıq selinə qərq olan Bakımız dünyanın heç bir şəhəri ilə müqayisə edilə bilməz. Milli ornamentlərlə bəzədilmiş
işıq dirəkləri,
səliqəli piyada keçidləri, yol hərəkəti qaydalarının
göstəricisi olan xətlərin fosforlu əksi, binaların işıqlandırılması, parkların nura qərd edilməsi qaranlıq gecələrin
bəzəyidir. Gecələr
bərq vuran işıq selinə baxmağa çıxanlar
isə az
deyil.
Şəhərimizin bağ və parklarında quraşdırılan
musiqili fəvvarələrdə
su selində göylərə süzülən
al-əlvan işıq
şüasının sonacan
uzanmasını seyr etmək insan ruhuna bir həzinlik,
sakitlik gətirir. Və inanırsan
ki, harada olursan-ol, dəxli yoxdur, Bakı onu sevənlərin gözündə təkrarı
olmayan bir şəhərdir. Gecələri gündüzlər kimi işıqlı olan bu şəhərin sakini olmaq isə,
bizcə, böyük
şərəfdir.
Akif ƏLİYEV
Azərbaycan.-2008.- 9 noyabr.-S.4.