Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 10-da Estoniya Parlamenti sədrinin müavini Kristina Oyulandı
qəbul etmişdir.
Xanım Kristina Oyuland Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi
münasibətilə təbrik
etdi. Azərbaycana yenidən
səfər etməsindən
məmnunluğunu bildirən
Kristina Oyuland ölkəmizdə
keçiriləcək "Bakutel-2008"
XIV Azərbaycan beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətini
vurğuladı, Estoniyanın
bu tədbirə böyük maraq göstərdiyini və sərgidə təmsil olunduğunu söylədi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı son illər Azərbaycanda bir çox beynəlxalq konfrans və sərgilərin keçirildiyini və bu sahədə ölkəmizin artıq zəngin təcrübəyə
malik olduğunu vurğuladı. "Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən
söhbət açan
Prezident İlham Əliyev tədbirin bu sahədə görülmüş işlərin
nəzərdən keçirilməsi
üçün yaxşı
fürsət yaratdığını
dedi.
AzərTAc
Azərbaycan.-2008.- 11 noyabr.-S.1.