Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Lex Kaçinskiyə
Hörmətli cənab
Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik
günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Polşa
münasibətləri dinamik
inkişaf yolundadır. Genişlənən siyasi dialoqumuz, bir çox sahələri əhatə
edən səmərəli
əməkdaşlığımız xüsusən enerji təhlükəsizliyi məsələlərində
intensiv qarşılıqlı
işimizlə yeni məzmun kəsb etməkdədir.
Ümidvaram ki, ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi
istiqamətində birgə
səylərimiz həm
də beynəlxalq strukturlar və regional layihələr çərçivəsində
tərəfdaşlığımızın
möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir,
dost Polşa xalqına
əmin-amanlıq və
tərəqqi diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 noyabr 2008-ci il
Azərbaycan.-2008.-11 noyabr.-S.1.